ABŞ-ın Türkiyə Səfirindən TƏCİLİ AÇIQLAMA

 ABŞın Türkiyədəki səfiri Con Bass prokurorluq tərəfindən ifadəyə çağrılan baş konsulluq əməkdaşı N.M.-nin ABŞ-ın İstanbul Baş Konsulluğunda saxlanıldığı iddialarına cavab verib.
 
Müxalifət.az bildirir ki, bu barədə Türkiyə mediası son dəqiqə xəbər olaraq verib.
 ABŞ səfiri Con Bass bu gün Ankarada diplomatiya müxbirləri ilə vida görüşü keçirib. FETÖ-nun fərari keçmiş prokuroru Zəkəriyyə Özlə əlaqəsinin müəyyən edilməsinin ardından həbs olunan ABŞ-ın İstanbul Baş Konsulluğunun əməkdaşı Məitn Topuzdan  sonra daha bir Türk konsulluq əməkdaşının həbs edilməməsi üçün onun konsulluqda gizlədildiyi iddia edilmişdi. Səfir Bass, "ABŞ missiyalarında saxlanan şəxs yoxdur. Heç bir çalışanımızı məhkəmədən qaçırmırıq" dedi.
Qeyd edək ki, məhz bu həbs olunma hadisəsindən sonra ortaya böhran çıxdı ki, nəticədə də iki ölkə viza proseslərini dayandırdı.
 ABŞ səfiri Con Bass, Türkiyədəki vəzifəsindən ayrılmazdan əvvəl bir araya gəldiyi Diplomatiya Müxbirləri Dərnəyi üzvlərinə bu mesajları da verib:
  ABŞ konsulluq işçisinin həbsinə dair məlumat almamışıq, amma təmaslar davam edir.
 
 DİĞER ƏMƏKDAŞLARIMIZI RİSKƏ ATMAMAQ ÜÇÜN BU QƏRARI ALDIQ
 
"Digər əməkdaşlarımızı riskə atmamaq üçün bu qərarı aldıq. Viza xidmətlərini dayandırmaq qərarı ABŞ hökuməti tərəfindən alınıb.
 
 MƏTİN TOPUZ
 
 Mətin Topuz  Narkotiklə Mübarizə İdarəsində vəzifəlidir. Bu əməkdaşlıq sayəsində bir çox narkotik qaçaqmalçısı yaxalandı. Vəzifə səlahiyyətlərini aşıb başqa əlaqələr yaranıbsa, bununla bağlı digər məlumatları görməkdən məmnuniyyət duyarıq.
 
 KONSULLUQDA SAXLANIR İDDİALARI
 
 ABŞ missiyalarında saxlanan şəxs yoxdur. Heç bir çalışanımızı məhkəmədən qaçırmırıq.
 
 KÜRD DƏHLİZİNİ DƏSTƏKLƏMİRİK
 
 ABŞ müstəqil Kürdüstanı və Kürd dəhlizini dəstəkləmir, Türkiyənin ərazi bütövlüyünün pozulmasını dəstəkləmir.
 
 İNCİRLİK MƏSƏLƏSİ
 
 İncirlik məsələsini Türk nümayəndələrdən soruşun. Qüvvədə olan müqavilələr var. Əsgərlərin giriş çıxışları da bu müqavilələrə söykənir.
 
 HÖRMƏT BƏSLƏYİRİK
 
 Hər bir hökumət, xarici nümayəndələrlə necə əlaqə yaradacağını öz müəyyən edir. Buna hörmət edirik.
 
 BİZİM SAYƏMİZDƏ
 
 9.5 aydır Türkiyədə terror aktı baş vermir. Bu, İŞİD imtina etdiyi üçün deyil, əməkdaşlığımızın nəticəsidir.
 
 HƏFTƏ SONU AYRILIRAM
 
 Bu həftə sonu ayrılıram.
 
 GÜLƏNİN QAYTARILMASI
 
 Fetullah Gülənin qaytarılması məhkəmə məsələsidir. Bu tələb digər ekstradisiya tələblərindən ayrı tutulmur. ABŞ hüquq sistemində “günahsızlıq prezumpsiyası” təməl prinsipdir.
 
Müxalifət.az