ABŞ-ın “Türkiyə” sanksiyalarının hədəfi bəlli oldu

Baxış sayı:
2698

ABŞ, Türkiyə ilə böhranı dərinləşdirməyə hazırlaşır. Türkiyənin daxili şlər naziri Süleyman Soylu ilə ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyaların olacağını qərarın açıqlanmasından bir neçə gün əvvəl xəbər verən iqtisadiyyat xəbər bülleteni “Bloomberg”, indi də yeni bir iddia ortaya atıb. Casusluqda ittiham olunan keşiş Endryu Kreyq Brunsonın azad edilməməsi bəhanəsi ilə Türkiyəni təhdid edərək iki nazir haqqında sanksiya qərarı verən ABŞ rəhbərliyi, prezident Ərdoğanın geri addım atmayaraq eyni şəkildə qarşıdurmaya getməsindən sonra yeni bir sanksiya hücumuna başlayacaq. “Bloomberg”-in iddiasına görə, Vaşinqton, Ankaranı hədəf alan yeni sanksiyalar çərçivəsində Ərdoğanın çılğın layihələrini həyata keçirən şirkətləri hədəf alacaq.
 
HƏR YERİ TƏHDİD QOXUSU VERİR
 
ABŞ-ın Rusiyaya qarşı tutduğu yolun eynisini Türkiyəyə yönəlik də işə salacağını yazan iqtisadiyyat portalı, Türkiyədə hava limanları, körpülər və Kanal İstanbulu əhatə edən layihələr üçün 200 milyard dollardan artıq sərmayə qoyulmuş olduğunu qeyd edib. Türk bankların 100 milyard dollardan artıq xarici borcu olduğunu yazaraq iqtisadiyyatın dollara qarşı kövrək olduğunu, İrana qarşı sanksiyaları dələn Halkbank-a qarşı milyardlarla dollar cəza gələcəyini də qeyd edib. ABŞ-ın Türkiyəyə yönəlik iqtisadi təzyiq imkanının olduğunu irəli sürən xəbər portalı, Brunsonun buraxılmaması və Ərdoğanın boyun əyməməsi halında bunun bədəlinin ağır olacağını deməklə, Ankaranı hədələyib.
Müxalifət.az