ABŞ Türkiyə-Rusiya-İran əməkdaşlığını zəiflətmək istəyir

Baxış sayı:
226

Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) Türk Siyasəti və Beynəlxalq Təhlükəsizlik üzrə məsləhətçisi Əmrə Ozan, ABŞ-ın Türkiyənin Rusiya və İranla qurduğu əməkdaşlığını zəiflətmək istədiyini söyləyib.
 
"ABŞ-la əlaqələrdə davamlı böhranlar yaşansa da, Türkiyə dialoq qapısını hər vaxt açıq saxlamağa diqqət göstərmişdir" deyən Əmrə Ozan, etdiyi analizdə bunlara yer verib:
"Təhlükəsiz bölgə müzakirələri Türk-Amerikan əlaqələrində diplomatiya masasına dəstək olmağa yarayacaq bir müddət olaraq görülmüşdür. Ayrıca, Suriya xüsusunda Rusiyayla yaşanan bəzi anlaşılmazlıqlar səbəbiylə, ABŞ-la əlaqələrin yumşadılması Türkiyəyə zəmin qazandıracaq bir gəlişmədir. Bununla birlikdə, təhlükəsiz bölgə müzakirələrində iki təməl problem diqqət çəkməkdədir. Birincisi, Amerikan rəhbərliyi müddəti uzatmaqdadır və buna paralel olaraq Suriyadan əsgər çəkmə qərarı gedərək sulanmaqdadır. Müddətin uzanması ABŞ-ın çatmağa çalışdığı strateji hədəflərin çətinliyindən qaynaqlanmaqdadır. Əvvəlcə, Türkiyənin Rusiya və İranla qurduğu əməkdaşlığı zəiflətmək istənməkdədir".
Müxalifət.az