ABŞ-ın Türkiyə qərarına Rusiyadan ilk təpki

Baxış sayı:
3913

Rusiya Federal Məclisinin alt qanadı Dumadan ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarına münasibət bildirilib. Duma Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa, ABŞ-ı tənqid edərək, "Öz maraqlarına uyğun gəlməyən hər bir ölkəyə sanksiya tətbiq edirlər" deyib.
 
ABŞ-ın Türk Nazirlərə sanksiya tətbiq etməsinə dair açıqlama verən Çepa, "Rusiyada belə bir söz var, ordu və dəniz donanmasından daha yaxşı müttəfiq yoxdur. Amerikanın isə ABŞ dollarından daha yaxşı müttəfiqi yoxdur. Avropa güclü olanda, onlar Avropa Birliyinə qarşı olurlar. Çin güclənir, Çin düşmən olur. Türkiyə ABŞ-ın istədiyi kimi hərəkət etməyincə dərhal sanksiyalar və ticari müharibələr aparmağa başlayırlar. ABŞ-ın maraqlarına uyğun gəlməyən şeylər olanda, onlar dərhal buna qarşı müəyyən tədbirlər həyata keçirirlər" deyə, bildirib.
Müxalifət.az