ABŞ Türkiyə-İraq biliyinə qarşı “Kürdüstanda” BÖHRAN MASASI QURDU

 ABŞ-ın İraq və Suriyadakı terror təşkilatlarını idarə edən rəsmi nümayəndəsi Brett Makgurk, Ankara ilə Bağdadın Peşmərgə-PKK əlaqəsini kəsəcək həmlələrindən sonra hərəkətə keçərək, Ərbildə böhran masası yaratdı. On minlərlə müsəlmanın qatili Makgurk Türkiyənin açacağı yeni Ovaköy-Bağdat xəttinin həyata keçməməsi  üçün intensiv çalışmalara başladı.
 
ABŞ və İsrailin sifariş xəritəsi ilə hərəkət edən terrorçu təşkilatlar Suriya və İraqda sərhəd qapılarının işğalına üstünlük verir. Peşmərgə İraqda İran və Türkiyəyə açılan sərhəd qapılarını, PKK-PYD isə Suriyada 5 keçid məntəqəsini işğal edib. İndi sərhəd qapılarının Bərzanidən bir-bir alınması, ABŞ- narahat etdiyi üçünregiondakı müstəmləkə valisi Brett Makgurkü hərəkətə keçirib. İraq ordusunun Rabia-Yarubiye sərhəd məntəqəsini ələ keçirdikdən sonra Fişabur(Semelka) xəttinə yönəlməsi ABŞ və müttəfiqlərində təşviş yaratdığı üçün Ərbil mərkəzli bir böhran masası yaradıblar. Fransa və İngiltərənin Bağdaddakı səfirləri ilə birlikdə diplomatik “fırtına” başladan Makgurk, Ərbildən PKK-ya silah və sursat sövq etdikləri Semelka qapısına yönələn İraq ordusunun dayandırılması üçün hərəkətə keçib. Buna paralel olaraq Bağdad-Ankara da boş durmayıb və iki ölkə arasında razılaşdıran Ovaköy-Bağdat dəhlizinin fəaliyyətə başlaması üçün fəaliyyətlər sürətlənib. Makgurk və Qərbli güclər, Ərbil (İraq) -Haseke (Suriya) əlaqəsini kəsəcək olan yeni kəmərin işə girməməsi üçün intensiv iş aparır.


 
  TÜRKİYƏ İMTİNA ETMƏSİN
 
 İraqlı general Sübhi Nazim Tofiq, PKK və Peşmərgnin sərhəd xəttində hakimiyyət qurmaq strategiyasının regionda qaranlıq əməlləri olan qüvvələr tərəfindən müəyyən olunduğunu, PKK və Peşmərgəyə isə bu işdə yalnız "piyada” rolunun verildiyini söyləyib. “Yeni Şəfəq”ə açıqlama verən Tofiq, “terror dövlət”i planlayanların yerli tərəfdaşlarını hər məsələdə yönəltdiyini, ancaq regional dövlətlərin bu oyunu pozacaq gücə sahib olduğunu qeyd edib. İraq və Türkiyə arasında başlayan müsbət münasibətlərin davam etməsinin lazım olduğunu qeyd edən Tofiq, 550 kilometrlik Ovaköy-Bağdad dəhlizinin böyük əhəmiyyət daşıdığına diqqət çəkib və "Türkiyə bu layihədən heç vaxt imtina etməməlidir" - deyib. Ovaköy-Zumar-Təlafər-Mosul-Bağdad marşrutunda təsis ediləcək ticarət dəhlizinin ən azı 10 kilometrlik genişliyə malik olacağını ifadə edən İraqlı general, Ərbildən yan keçən bu layihə ilə çıxarılan neftin də eyni xətt üzərindən Türkiyəyə göndərilə biləcəyini dilə gətirib. Sonra Nazim Tofiq deyib:
 
 TARİXİ LAYİHƏ OLAR
 
 "Habur-Duhok-Ərbil-Bağdad yolu Bərzani və Peşmərgə üçün həyati əhəmiyyət daşıyırdı. Həmçinin İrana açılan Həcc Umran qapısı da Bərzaninin ən böyük gəlir mənbələrindən biri idi. Ancaq 25 sentyabr bizə göstərdi ki Məsud Bərzan Türkiyəni parçalamaq planının bir parçasıdır. Digər tərəfdən, bu qapılar qaçaqmalçılıq və terrorizmin ixracı baxımından da Türkiyə əleyhinə fəaliyyət göstərirdi. Əgər Ovaköydən Bağdada uzanacaq yeni xətt həyata keçirilsə, bu tarixi bir layihə olar. Sadəcə Fişaburdan qarşıya keçmək üçün Dəclə çayı üzərində yaxşı bir körpü və yeni yol inşa edilsə, həm İraq, həm də Türkiyə bu işdən qazanclı çıxacaq".
Müxalifət.az