ABŞ Türkiyə ilə anlaşa biləcəkmi? – Boltonun Ankara səfərinə bir baxış..

Baxış sayı:
8347

Ağ Ev Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun "terror təşkilatı PKK/YPG-nın təhlükəsizliyi təmin edilmədən Suriyadan çəkilməyəcəyik" açıqlamasından sonra Türkiyə ilə danışıqlarda müsbət nəticənin olacağına şübhələr yaradıb. Bununla bağlı SETA Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktoru Murad Yeşiltaş münasibət bildirib.
 
Yeşiltaş Boltonun İsraildə səsləndirdiyi bu fikrə münasibət bildirərək"Bu mübahisələrin baş vermə səbəbi onsuz da PKK/YPG-nin varlığıdır. PKK/YPG-yə müdaxilə edilməyən bir ssenaridə Türkiyə niyə ABŞ ilə danışsın? Bu mənada Bolton Ankara səfəri öncəsində bütün kreditini itirdi” deyib.
 Özü ilə bərabər gələn nümayəndə heyətlə birlikdə Ankarada bir sıra görüşlər keçirəcək olan ABŞ Milli Təhlükəsizlik müşaviri Con Boltonun çantasında nə olduğunun maraq mövzusu olduğunu qeyd edən Yeşiltaş, "Onun bir planla gəldiyini düşünmürəm. Sadəcə PKK/YPG-yə müdaxilə olumaması yönündə bir çağırışı ola bilər ki, bu da müzakirəni dayandıracaq səbəbdir" deyib.
Həmin mübahisələrin hamısının onsuz da bölgədəki terror təşkilatı PKK/YPG mövcudluğundan irəli gəldiyini qeyd edən Yeşiltaş, "PKK/YPG-yə müdaxilə edilməyən bir ssenaridə Türkiyə niyə ABŞ ilə hansısa müzakirələr aparmalıdır? Belə olduğu təqdirdə çəkilmə nə işə yarayacaq" deyə söyləyib.
Bu vəziyyətin böyük bir sıxıntı doğuracağını deyən SETA Təhlükəsizlik Araşdırmaları direktoru Yeşiltaş, "ABŞ yenə “Türkiyəni qazanıram” deyərkən həm daha çox itirəcək, həm də Rusiya ilə Türkiyənin Fəratın şərqində bir anlaşma edəcəyi tamamilə başqa bir ssenarini doğuracaq” deyə bildirib.
 
"Əslində danışan Bolton deyil, İsraildir"
 
 Türkiyənin Suriyada fəal olmasından narahat olan İsrail kimi çox ciddi aktyorlar olduğundan bəhs edən Yeşiltaş, "Bunlar onsuz da o qərar vermə mexanizminin üzərində ciddi təsirə malikdir. O təsirlə birgə danışırlar. Orada Bolton danışmır, əslində İsrail danışır. Boltonun Türkiyədən əvvəl İsrailə getməsi bunu açıq şəkildə göstərir” deyə söyləyib.
Bəzi Ərəb ölkələrinin son dövrdə verdiyi "Suriya Ərəb Birliyinə girəcək" kimi bir sıra müxtəlif qərarların olduğunu xatırladan Yeşiltaş, "Bunlar da, əslində Türkiyə və İrana yönələn qərarlardır" deyib.
Müxalifət.az