ABŞ-Türkiyə heyətləri arasındakı görüşün təfərrüatı

Baxış sayı:
6526

Keşiş Brunson böhranı ilə gərginləşən Türkiyə-ABŞ münasibətlərində normallaşma addımı olaraq 3 nazirlikdən 9 nəfərlik Türk heyəti dünən ABŞ xarici işlər nazirinin köməkçisi Con Sullivanla görüşüb. Bu dəfə üzərində razılıq anlaşılacaq məqamların yazılı mətnlə zəmanətə alınmasının gündəmdə olduğu bildirilir. Bağlayıcılığı olmayan yazılı çərçivə üzərindən müzakirənin olduğu bildirilir. Ön anlaşma əldə olunarsa, son sözü liderlər deyəcək.
 
Tramp rəhbərliyinin Amerikalı keşiş Brunsonın Türkiyədəki həbsinin davamı üçün ədliyyə naziri Əbdülhəmid Gül ilə daxili işlər naziri Süleyman Soyluya sanksiya qərarı tətbiq etməsindən sonra iki ölkə arasındakı gərginliyin azaldılması üçün diplomatiya dövrəyə girib. Türkiyə xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərlik etdiyi Türk nümayəndə heyəti dünən Vaşinqtonda danışıqlar aparıb.
Türk nümayəndə heyətinin Amerika XİN-də ABŞ dövlət katibinin köməkçisi Con Sullivan ilə görüşündə Vaşinqton, keşiş Brunsonla yanaşı, Türkiyədə məhbus olan digər Amerikan vətəndaşlarının və konsulluq heyətinin buraxılmasını istəyib. Türk tərəfi isə İran sanksiyalarını dəlmə davasından Nyu-Yorkdakı məhkəmədə məhkum olunmuş keçmiş Halkbank-ın baş direktorunun müavini Hakan Atillanın Türkiyəyə ekstradisiya edilərək cəzasının qalanını burada çəkməsi məsələsində israr edib. Türkiyə, Halkbank-a cəza sərbəstliyi ilə yanaşı, Tramp rəhbərliyindən İrana qarşı sanksiyalarında da sərbəstlik istəyib.
Müxalifət.az