ABŞ-Türkiyə gərginliyinin 7 əsas səbəbi – TƏHLİL

Baxış sayı:
2533

Türkiyənin son dövrdə xarici siyasət, müdafiə sənayesi və iqtisadiyyatda atdığı müstəqil addımlar ABŞ-ı narahat edir. Beynəlxalq ticarətdə dollar xaricində başqa pul vahidi istifadə edilməsindən narazı olan ABŞ, Türkiyənin xüsusən Çin, Rusiya və Hindistan üçlüyü ilə birgə bazar qurmasına mane olmaq istəyir.
 
Eyni zamanda FETÖ ilə mübarizə məsələsində yeni dəlillərin ortaya çıxmasından narahat olan ABŞ rəhbərliyi, FETÖ başçısının qaytarılması məsələsində də küncə sıxışdırılıb. Türkiyəni ABŞ-ın hədəfinə gətirən 7 əsas səbəb var:
 
DOLLAR HEGEMONİYASI
 
ABŞ, dünya üzərində qurduğu dollar hegemonyası sayəsində qarşılıqsız pul kəsmə, iqtisadi manipulyasiyalar aparmaq və maliyyə sistemini idarə edə bilir. Türkiyə ABŞ-ın iqtisadi manipulyasiyasını məhdudlaşdırmaq üçün bir çox ölkəylə yerli pul vahidi üzərindən ticarətə cəhd göstərir. ABŞ bu vəziyyəti öz maraqları üçün bir təhlükə olaraq görür.
 
RUSİYAYA QARŞI MÜHARİBƏ PLANI
 
Bəzi strategiyalara görə, ABŞ, NATO əli ilə Rusiyaya qarşı mümkün müharibə planı hazırlayır. ABŞ Rusiya ilə mümkün müharibədə Türkiyəni cəbhə ölkəsi kimi istifadə etmək istəyir. Türkiyə isə müharibənin regionda yaradacağı fəlakətdən dolayı problemlərin dialoqla həll edilməsi üçün səy göstərir. ABŞ isə Türkiyənin bu prosesdə müstəqil hərəkət etməsindən narahat olur.
 
İRANA QARŞI MÜMKÜN MÜHARİBƏ PLANI
 
Yenə bəzi strategiyalara görə, ABŞ uzun müddətdir İrana işğal planı hazırlayır. Bölgədəki ölkələri buna görə dizayn etməyə çalışır. ABŞ, İranla edəcəyi ehtimal bir müharibədə özündən daha çox Türkiyənin, o cümlədən region ölkələrinin müharibədə yer almasını istəyir.

TERROR DÖVLƏTİ VƏ ENERJİ DƏHLİZİ
 
ABŞ, Yaxın Şərq neftini bölgə ölkələrindən asılı olmadan istifadə etmək üçün işlər aparır. Suriyada vətəndaş müharibəsilə yanaşı, mövcud enerji dəhlizlərini şaxələndirmək üçün Suriyanın şimalında bir terror dövləti qurmağa cəhd göstərdi. Bu məqsədlə Türkiyənin ABŞ maraqları çərçivəsində hərəkət etməsini və qurulacaq PKK nəzarətindəki terror təşkilatına göz yummasını istəyirdi.
 
BRİCS ƏLAQƏLƏRİ
 
ABŞ və Avropa İttifaqı son illərdə iqtisadi üstünlüklərini itirir. Bununla yanaşı, BRİCS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) iqtisadi böyüklüyü artıb. BRİCS öz nizamnaməsində yeni üzv qəbulu ilə əlaqədar tənzimləmə edib. Bu vəziyyət isə Türkiyənin BRICS-ə üzv olacağı kimi ABŞ tərəfindən şərh olunub. ABŞ, Türkiyənin öz orbitindən çıxmasını əngəlləmək üçün müxtəlif bəhanələrlə Türkiyəni təzyiq altına alıb cəzalandırmağa çalışır.
 
FƏLƏSTİN HƏSSASLIĞI
 
ABŞ rəhbərliyinin Qüdsü İsrailin paytaxtı kimi elan etməsinə ən sərt reaksiyanı Türkiyə verdi. Prezident Ərdoğanın liderliyi ilə toplanan Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-ın Qüds qərarının geri almasına yönəlik səsvermə keçirib.
 
YENİ FETÖ DƏLİLLƏRİ
 
15 iyul dövlət çevrilişi cəhdini Pensilvaniyada yerləşən FETÖ başçısı Fetullah Gülənin etdiyinə dair bu günə qədər minlərlə dəlil ortaya qoyulub. Hər dəfə müxtəlif bəhanələr gətirən ABŞ rəhbərliyi Ankaradan daha konkret dəlillər istəyir. Son olaraq, Akıncı bazasında dövlət çevrilişi cəhdini idarə edən mülki imamlardan Hakan Çiçəyin dövlət çevrilişi cəhdi zamanı Pensilvaniya ilə keçirdiyi görüş ilə Çiçəyin hazırlıq görüşlərində FETÖ yuvasında olduğunu göstərən yeni dəlillər ABŞ-ı küncə sıxışdırıb.
 
ABŞ-ın 15 İYULDAKI ROLUNUN İFŞA EDİLMƏSİ
 
Digər tərəfdən, MKİ, 15 iyul dövlət çevrilişinə cəhd etdiyi dəlillərdən biri olan keşiş Brunson hadisəsini həll etmək və casusunu ABŞ-a qaytarmaq istəyir. Brunsonın 15 iyul dövlət çevrilişi cəhdində FETÖ ilə yaxın münasibət qurduğu aşkar edilib. Brunsonun 15 iyul dövlət çevrilişi cəhdindən sonra cib telefonundan Amerikalı hərbçiyə göndərdiyi mesajda, "Sonda biz qalib gələcəyik" şəklində mesaj atdığı müəyyən olunub. Həmin vəziyyət isə dövlət çevrilişi cəhdinin arxasında ABŞ-ın olduğunu sübut edən amillərdən olması ABŞ rəhbərliyini narahat edir.
Müxalifət.az