​ABŞ-TÜRKİYƏ ANLAŞMASININ DETALLARI – “Bufer zona” 120 km məsəfəni əhatə edəcək

Baxış sayı:
7804

Muxalifet.az hurriyet.com-a istinadən xəbər verir ki, artıq Suriyanın şimalında atəşkəsdən sonra yaranan sakitlikdən sonra  Türkiyə Silahlı Qüvvələri (TSK) terrorçuların geri çəkilməyə başladığı ərazilərin əldəqayırma və minalanmış partlayıcı maddələrdən təmizlənməsi işlərini genişləndirib.
Türkiyə Müdafiə Nazirliyi də dünən bu araşdırmalarla bağlı görüntülər yayımlayıb.  Qəhraman xüsusi təyinatlılarımız hərbi əməliyyatlar zonasında PKK/YPG  özünümüdafiə terror təşkilatı tərəfindən basdırılan əsgər və mülki şəxslərə böyük təhlükə törədən minaların  məhv edilməsi istiqamətində işləri davam etdirirlər", - deyə nazirliyin məlumatında bildirilir.
Nazirliyin bu axşam verilən açıqlamasında xəbər verilmişdi ki, xarici mətbuatda "Türkiyə Silahlı Qüvvələrinin kimyəvi silahdan istifadə etdiyi barədə verilən yalançı bəyanatlar tamamilə həqiqətdən uzaqdır".
Ötən gecə intensiv toqquşmaların davam etdiyi Rasulaynda TSK terror təşkilatına məxsus çoxlu sayda silah və döyüş sursatı olan anbarın məhv edilməsi işinə başlayıb. Müəyyən edilmişdir ki, “M 4” yolunda yerləşən sursat anbarlarından biri də hərbi baza  kimi istifadə edilmişdir. Həmçinin məlum oldu ki, TSQ  Rasulaynın şərq və qərb hissələrində iki müvəqqəti bazada mövqe tutur.
Həmçinin məlum olub ki, terror təşkilatının ağır silahlarının  regionundan çıxarılması və mövqelərinin məhv edilməsi üçün pilotsuz uçuş aparatları (PUA), habelə terror təşkilatının daxili rabitə sistemindən əldə edilən məlumatlar, eləcə də regionda yerli və digər kəşfiyyat elementləri havadan izlənilir.
TeL-Abyad-Rasulayn  arası
Türkiyə ilə Birləşmiş Ştatlar arasında imzalanan razılaşmada, xüsusilə təhlükəsiz zonanın içərilərə doğru hansı məsafədə olacağı haqqında hər hasnı bir bənd olmasa da, lakin mənbələr bunun Tel-Əbyad-Resulayn arasında 120 kilometrlik xəttə aid olduğunu vurğuladılar. Türkiyənin tələb etdiyi kimi, bu zonanın Kobanidən (Ayn əl-Ərəb)  Suriya-İraq sərhədinə qədər uzunluğu 444 kilometrə qədər məsafəni əhatə etməsi Prezident Tayyib ərdoğanın və Rusiya prezidenti Vladimir Putinin oktyabrın 22-də Soçidəki görüşündən sonra dəqiqləşəcək.
Muxalifet.az