ABŞ Türk Ordusuna qarşı PKK-ya hansı silahı verdi?

ABŞ, Türk tanklarına qarşı istifadə etmək üçün terror təşkilatı PKK/PYD-yə AT-4 tipli tanksavarlar paylayıb.
 
İŞİD bəhanəsi ilə Suriya və İraqa əsgər toplayaraq regiondakı terror təşkilatı olan PYD-ni də silahlandıran ABŞ, “xilafət”çilərin təmizlənməsindən sonra bölgədə möhkəmlənməyi planlaşdırır.
İllərdir bölgədə bir terror dövləti qurmaq üçün çalışan ABŞ, İŞİD-in bölgədən təmizlənməsindən sonra bu planına təkan verməyə başlayıb. ABŞ, Şimali Suriyada PKK-ya Dəməşq rəhbərliyindən müstəqil yeni yerli hakimiyyət orqanları yaratmaqda dəstək verməklə, bölgədə terror dövlətinin əsasını qoymaq istəyir.
Bu dəfəki bəhanəsi İran və Əsəd rəhbərliyinə təzyiq imkanlarını saxlamaq və Türkiyənin bölgədəki həmlələrinə də mane olmaqdır. Bölgədən çıxmamaqla, özünə təsir dairəsi yaratmaq və neft mənbələrinə nəzarət etmək istəyən ABŞ, Türkiyənin əməliyyat hazırlığında olduğu Afrinə silah daşımaqda davam edir.
Tanklar, zirehli texnikalar və üzərində zenit montaj edilmiş vasitələrlə konvoy təşkil edən terrorçular, işğal etdikləri Afrində təbliğat görüntüləri yayırlar. Hatay sərhədindən İdlib istiqamətində təxminən 20 kilometr uzunluğunda tunel şəbəkəsi yaradan terrorçular, ABŞ tərəfindən daha müasir tanksavar sistemlərilə də təchiz edilir.


 
 PKK MÖVQELƏRİNƏ AT-4 PAYLANDI
 
Türk əsgərinə qarşı istifadə edilmək üçün PKK-ya verilən tanksavarlardan bir qisminin görüntüləri əldə edilib. Pentaqonun Türk tanklarına qarşı istifadə edilmək üçün verdiyi AT-4 tipli tanksavarlar, sərhəd xətti boyu yerləşən terrorçulara paylanıb. Türkiyə ilə 130 kilometr sərhədi olan Afrini 2012-ci ildə işğal edərək birtərəfli kanton elan edən PKK, Qəndilin təyin etdiyi yeni rəhbərliyin bölgəyə gəlişiylə birlikdə cəbhə təhcizatı da sürətləndirilib. ABŞ-ın zirehli və zenitlərdən başqa təşkilata göndərdiyi tanksavarların sayının çox olması da Türkiyəyə qarşı çirkin niyyətlərdən xəbər verir.
Müxalifət.az