ABŞ-ın təlim verdiyi terrorçu yaxalandı

Baxış sayı:
5683

ABŞ-ın Suriyada təlim verdiyi terrorçulardan biri yaxalanıb. Diyarbəkirin Qulp rayonundakı basqında 13 terrorçu öldürülərkən, ABŞ-dan təlim alan Erhan Ərtoğrul da sağ olaraq ələ keçirilib.
 
SURİYADAKI YPG DÜŞƏRGƏSİNDƏ TƏLİM GÖRÜB
 
Suriyada ABŞ əsgərləri ilə birlikdə düşərgədə təlim görən terrorçu Ərtoğrul, 2 il fəaliyyət göstərdiyini deyib. Silah və sursatlarla təhciz edilən terrorçular, ABŞ əsgərləri tərəfindən təlim görməyə davam edir.
Qulpda yaxalanan terrorçu Erhan Ərtoğrul, Türkiyəyə sızmadan öncə terrorçulara Suriyada bombalı dron təlimi verildiyini bildirib.
Şimali İraqdakı düşərgədən gəldiyini deyən terrorçu, "Türkiyəyə keçəcək olan 25 nəfərlik terrorçu qrupa bombalı dron təlimi verildi. Sonra Diyarbəkirin Qulp rayonuna gəldik", - deyə etiraf edib.

Müxalifət.az