“ABŞ-ın tələblərini yerinə yetirməyəcəyik” – İRANDAN AÇIQLAMA

Baxış sayı:
11905

İran Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Səid Cəlili ABŞ rəsmilərinin ''İranla müharibə deyil, dialoq yolları axtarırıq'' iddialarını tamamilə yalanlayıb.
 
Daha əvvəl nüvə müzakirə qrupunda məsul olaraq vəzifə yerinə yetirən Cəlili, “ABŞ-ın hərəkətlərinə yönəlik İranın cavabı müharibə hərəkətləri olmalıdır və ABŞ səlahiyyətliləri bunun fərqində olmalarıdır”, - deyib.
Cəlili açıqlamasında, ''Bəziləri İrana yönəlik sanksiyaların daha da sərtləşdirilməsini istəyir və ''maksimum təzyiq'' qərarı alınır. Bu İran xalqına qarşı bir müharibə deyilmi", - deyə ritorik sual edib.
 
''Tələblərinizin sonu yoxdur, uymayacağıqk''
 
Məqsədlərinin sözün əsil mənasında bir dialoq olduğunu ifadə edən Tehran rəhbərliyi, ancaq ABŞ-ın tələblərinə qəti olaraq uymayacaqlarını ifadə edirlər.
Səlahiyyətlilər haqlarını və dəyərlərini müdafiə edərkən, ABŞ-ın tələblərini yerinə yetirməyəcəklərini, ABŞ-ın istək və tələblərinin bir sərhədi olmadığını bildirirlər.

Müxalifət.az