ABŞ təlaşlandı: Türkiyə Rus reaktivlərini ala bilər!

Baxış sayı:
4519

ABŞ mətbuatı Türkiyənin ABŞ-dan F-35 döyüş təyyarələrini ala bilmədiyi təqdirdə, Rusiya istehsalı reaktivləri alacağı ehtimalını düşünə biləcəyini yazıb.
 
“Bloomberg” adı açıqlanmayan hərbi mənbələrə əsaslandırdığı xəbərdə, Türkiyənin F-35 proqramından çıxarıldığı təqdirdə, Rus döyüş təyyarələri daxil, alternativ axtarışına çıxacağını və eyni zamanda, öz döyüş təyyarələrini və ballistik raketlərini inkişaf etdirəcəyini yazıb.
Qaynaqlar Türkiyənin fikirinə görə, Rus istehsalı S-400 havadan müdafiə sistemlərinin ABŞ-ın “Patriot” sistemlərindən üstün olduğunu söyləyib.
Müxalifət.az