ABŞ təhdid etdi, ƏSƏD PKK-ya BOYUN ƏYDİ

ABŞ-ın Suriyadakı müstəmləkə valisi Makgurkın "PKK/PYD-nin muxtariyyətini tanıyın, yoxsa kimyəvi silah işiniz açılır" təhdidinə Əsəd boyun əyib.
 
ABŞ-ın Suriyadakı müstəmləkə valisi Brett Makgurkdan "PKK-nın muxtariyyətini tanıyın, əks halda kimyəvi silah işiniz açılır" təhdidinə Əsəd boyun əyib. Suriyanın keçmiş Kimyəvi Silahlar Departament rəhbəri general Zahir Sakit, Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatlarında qeyd edilmiş 37 kimyəvi dosyenin ABŞ-ın əlində olduğunu söyləyib. Sakit, kimyəvi bombaların Hələb, Dəməşq, Xüms, İdlib, Dəraa kimi bölgələrdə müxalifətçilərə qarşı istifadə edildiyini bildirib.
 
TERROR XƏRİTƏSİ ÜÇÜN ÇALIŞIR
 
BMT hesabatlarında qeyd edilən Əsəd rejiminin kimyəvi qırğınları ABŞ tərəfindən şantaj vasitəsi olaraq istifadə olunur. Iraq-Türkiyə-İran və Suriyanı da ehtiva edən, regionda yeni bir böhranın hərəkətverici amili kimi formalaşdırılan terror xəritəsi üçün hərəkətə keçən ABŞ, İraq-Bərzani örnəyinin yenidən baş verməməsini hədəf alaraq Dəməşq rəhbərliyi ilə danışıqlara təkan verib.
 
KİMYƏVİ SİLAH İŞİNİZ AÇILIR
 
19 Yanvarda PKK/PYD-nin işğal etdiyi bölgələrdə keçiriləcək referendum öncəsi ABŞ-Suriya arasında aparılan danışıqların əsas gündəmi Suriyada qurulacaq olan federal bölgələr və PKK terror dövlətinin Əsəd rəhbərliyi tərəfindən tanınması olub. ABŞ, terror nəhənglərinin yaradılması üçün də Əsəd rəhbərliyini kimyəvi silah fayllarının açılması ilə təhdid edib. ABŞ-ın müstəmləkə valisi Brett Makgurk "PKK-nın muxtariyyətini tanıyın, əks halda kimyəvi silah işiniz açılır" – deyə, təhdid edib.
 
DEYRİZORDAN ÇƏKİN
 
Suriya Kəşfiyyatının bir nömrəli şəxsi Ali Mehdi ilə Makgurk arasında Hasekede reallaşan görüşdən sonra Dəməşq rəhbərliyi tərəfindən edilən açıqlamada "PKK/PYD terror dövlətini tanımağa hazırıq" deyə, fikir bildirildi. Əsəd hakimiyyətindən gələn açıqlamada, terror dövlətini tanıma əvəzində "PKK-PYD, Rakka və Deyrizorda ələ keçirdiyi ərazilərdən çəkilməlidir" deyə, ifadə edilib.
 
PKK İLƏ SIX ƏMƏKDAŞLIQ
 
Qeyd edək ki, Suriyadakı müharibə boyu Əsəd və PKK əməkdaşlıq içərisində hərəkət edib. Afrinnin mühasirəsi və Hələb soyğunçuluğu dövründə belə Əsəd və PKK arasında neft sahələrinin bölgüsü məsələsində də razılıq əldə olunub. Hazırda PKK bölgələrində davam edən təlim və digər bütün məmur xərcləri Dəməşq rəhbərliyi tərəfindən ödənir.

Müxalifət.az