ABŞ terrorçuların ərazisinə generatorlar göndərdi

Baxış sayı:
14440

ABŞ Suriyanın Demokratik Suriya Qüvvələrinin (DSQ) nəzarətində olan ərazilərinə zirehli texnika və generatorlarla yüklənmiş 150 yük maşını göndərib.
Muxalifet.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, texnikalar ABŞ logistik mərkəzinin yerləşdiyi və terrorçuların nəzarətində olan Harab İşk və Sirrin rayonlarına çatdırılıb.
Ehtimal edilir ki, gətirilən generatorlar ABŞ bazalarının elektriklə təmin edilməsində, yaxud yeni bazaların inşasında istifadə ediləcək.