ABŞ terrorçuların maaşını artırdı: PKK-ya 30 milyon dollarlıq vəsait

Baxış sayı:
6568

 Suriyada PKK-lılara havadan və qurudan silah-sursat daşımağı davam etdirən ABŞ, aprel ayında PKK-ya 30 milyon dollarlıq yeni vəsait əlavə olunduğunu bəyan edib. May ayından etibarən 110 min Suriya lirəsi olan PKK-lı terrorçuların maaşlarına da 40 min lirə artırılmışdır. ABŞ PKK rəhbərlərindən terrorçu sayının da 2019 sonuna qədər 110 minə çatmasını istəyib.
 
Ötən ay regiona gələn ABŞ Dövlət və Pentaqon nümayəndə heyəti Eyn İsa, Rakka və Qamışlı bölgələrindəki görüşlərdən sonra PKK başçılarına yeni qərargahlar yaradılması, hərbiçi sayının artırılması və əmək haqlarının yüksəldilməsi məqsədilə 30 milyon dollarlıq maliyyə dəstək vədini verib. Yeni gəlişməyə dair “Yeni Şəfəq” qəzetinə məlumat verən Tel Abyad Yerli Məclisinin sədri Əkrəm Dədə, ABŞ nümayəndə heyətinin PKK rəhbərliyinə, "2019 sonu etibarilə əsgər sayınız 110 minə çatmalıdır" göstərişi verdiyini söyləyib.
 
CİBLƏRİNƏ 40 MİN LİRƏ DAHA GİRƏCƏK
 
 Əkrəm Dədə ABŞ-ın Suriyadakı PKK-lı terrorçuların maaşını artırırdığını da bildirib. May ayından etibarən hər PKK-lının 150 min Suriya lirəsi (220 ABŞ Dolları) maaş alacağı bildirilib. 2017-2018 dövründə Suriyadakı terrorçuların maaşının 110 min Suriya lirəsi olduğunu qeyd edən Dədə, təşkilat mənsublarının həmçinin insan qaçaqmalçılığı, silah, narkotik ticarəti, nəzarət nöqtələrində zorla alınan vergilər və köçürülən insanların mülklərinə qarşı yağmalama fəaliyyətlərinin də onlara əlavə vəsait verdiyini vurğulayıb.
PKK işğalındakı ərazilərdə vətəndaşlar üçün həyatın hər keçən gün daha da çətinləşdiyini qeyd edən Dədə, "Bölgədə minlərlə insan itkin düşüb. Minlərlə adam da zindanlara atıldı. Amerikalı mülki və hərbi ekspertlər bütün bu proseslərin mərkəzində olan bitəni izləyirlər. Davam edən silah və sursat dəstəyi ilə birlikdə, nəqd şəkildə edilən yardımlar təşkilatı xarab eləyir. Hazırda PKK və ABŞ bayraqlarının yer aldığı ərazilər açıq hava həbsxanası vəziyyətindədir" deyə söyləyir.
Müxalifət.az