ABŞ terrorçulara söz verdi! - TERROR LIDERLƏRİ BƏYAN ETDİ

Baxış sayı:
7966

Suriyanın şimalındakı Menbiç şəhərini “ziyarət” edən ABŞ rəhbərliyi ilə koalisiya güclərinin, terror təşkilatı YPG/DSG-yə Menbiçi hər cür hücuma qarşı qoruma sözü verdiyi bildirilir.
 
ABŞ rəhbərliyindəki koalisiya qüvvələri Suriyanın şimalındakı Menbiç şəhərini ziyarət edərək, Menbiç Hərbi Məclisinin səlahiyyətliləri ilə görüşüb. PKK terrorçularının örtük təşkilatı Demokratik Suriya Qüvvələrinə (DSG) bağlı Menbiç Hərbi Məclisinin baş komandanı Əbu Adil, koalisiya əsgərləri ilə keçirilən toplantıda ABŞ-ın və koalisiya güclərinin onlara Menbiçi müdafiə edəcəkləri barədə söz verdiyini deyib.
 
ABŞ, MENBİÇƏ SİLAH VƏ ƏSGƏR DAŞIDI
 
Bölgədən verilən məlumatlara görə, Menbiçdə son günlər hərbi hərəkətlilik artıb. ABŞ, Menbiçə əsgər və silah daşımaqla bərabər, ABŞ rəhbərliyindəki koalisiya qüvvələri Menbiçe gedərək Menbiç Hərbi Məclisi ilə yüksək səviyyəli görüş keçirib.
 
TOPLANTIDA ABŞ XARİCİ İŞLƏR NAZİRLİYİNDƏN RƏSMİ ŞƏXSLƏR DƏ İŞTİRAK EDİB
 
Menbiç Hərbi Məclisinin Mətbuat Mərkəzi tərəfindən edilən açıqlamada, Menbicdə İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiya ilə Menbic Hərbi Məclisi rəsmilərinin bir görüş həyata keçirdikləri bildirilib.
Toplantı, ABŞ Xarici İşlər Nazirliyini təmsil edən Uilyam Uarbek və Amerikalı general Cimmi Jerar ilə Menbiç Hərbi Məclisinin sədri Əbu Məhəmməd Adil və sözçüsü Şervan Dervişin iştirakı ilə həyata keçirilib. Açıqlamada koalisiya qüvvələri komandirlərindən Cimmi Jerarın Menbicdə qalacaqlarını və bölgəni hər cür hücuma qarşı qoruyacaqlarını dediyi qeyd edilib.
 
 REGİONDA ABŞ-ın HƏRBİ BAZALARI VAR
 
Menbiçdə ABŞ və Fransa əsgərləri ilə yanaşı, ABŞ-ın regionda 2 hərbi bazası da var.

Müxalifət.az