ABŞ-ın terrorçulara silah GÖNDƏRDİYİ YOL BAĞLANDI

İraq ordusu terror təşkilatı PKK/PYD'nin mövqedən çəkilməsindən sonra Rabia Sərhəd Məntəqəsini geri aldı.
 
İraq ordusunun polkovniki Hasan Rıza verdiyi açıqlamada "Orduya bağlı 15-ci bölük qüvvələri Mosulun şimal-qərbindəki Rabia Sərhəd Mənətəqəsini nəzarət altına aldı. Ordu PYD'li teröristlərdən bölgədən çekilərək Suriyaya keçməsini tələb etdi. PYD mövqelerdən çəkilincə, İraq ordusu sərhəd məntəqəsini nəzarətə götürdü" - deyib.
Qeyd edək ki, 2014-cü ildən bu yana PKK/PYD terrorçuları bu bölgəni İŞİD-in əlindən alandan sonra sərhəd məntəqəsinin nəzarətini tamamilə onlar həyata keçirirdilər.

Onu da qeyd etmək lazımdır ki, Rabia Sərhəd Məntəqəsi həm də ona görə strateji əhəmiyyət daşıyır ki, ABŞ məhz bu keçiddən istifadə edərək PKK/PYD terrorçularını silahlandırırdı. Artıq bu koridorun İraq ordusu tərəfindən bağlanması həm ABŞ-ın, həm də terrorçular işini çətinləşdirdi. Ayrıca bu sərhəd məntəqəsi İraqdakı PKK və Peşmərgələrin Suriyadakı PYD-YPG terrorçuları ilə əlaqə yaratmaq üçün “xilas yolu” sayılırdı. O baxımdan, Rabia Sərhəd Məntəqəsinin İraq ordusu tərəfindən nəzarətə alınması strateji əhəmiyyət daşıyır desək, yanılmarıq.
Müxalifət.az