ABŞ-ın terrorçulara qalxan olma STRATEGİYASI - Vaşinqtonun əsl niyyəti ortaya çıxdı

Baxış sayı:
6358

Amerikanın Türkiyənin Suriya ilə sərhədində inşa etdiyi müşahidə məntəqəsi yerləşdiyi mövqe etibarilə əsl məqsədini nümayiş etdirir. ABŞ-ın inşa edəcəyini açıqladığı 12 müşahidə bazasından ilkini Tel Abyadda qurması, Fəratın şərqindəki terrorçuya qalxan olma strategiyasını ortaya qoydu.
 
Sözügedən baza Türkiyə sərhədinə 1.5-2 kilometr məsafədə inşa edilir. Bu stansiyanın tam qarşısında yalnız 2-2.5 kilometr uzaqlıqdakı Qabaqcıl kəndində TSQ-nin müşahidə nöqtəsi var. ABŞ-a aid baza Türkiyəni görən hakim bir təpədə yerləşir. Bu baxımdan həmin nöqtə bütün əraziyə nəzarət etməklə yanaşı, regionda TSQ-nin və ümumilikdə düşərgələrə dair hərəkətliliyin müəyyən edilməsi baxımından önə çıxır. Seçilən koordinata baxanda ABŞ-ın məqsədinin Türkiyəyə yönələcək "terror təhdidlərini dəf etmək deyil, TSQ-nin Fəratın şərqinə qarşı mümkün əməliyyatına qarşı yaxın markalama və terrorçuya qalxan olma strategiyası olduğunu göstərir.
 
2 km-dən xəbərdarlıq olar?
 
Amerikanın müdafiə naziri Ceyms (Cim) Mattis Fəratın şərqində müşahidə nöqtəsi yaratmaq qərarlarının əsasını, "Ən azından bizim fəaliyyət sahəmizdən qaynaqlı bir şey görəndə Türkləri xəbərdar etmək istəyirik. Türkiyəyə qarşı ortaya çıxa biləcək və gördüyümüz hər cür təhdidi təqib etməyə çalışacağıq" şəklində açıqlamışdı. Ancaq Türkiyənin onsuz da hakim olduğu sərhədin dərhal arxasında müşahidə nöqtəsi qurulması bu məqsədə xidmət etməkdən xeyli uzaq olduğu açıqdır. Hərbi mənbələr ABŞ-ın son addımı ilə nə istədiyini belə açıqlayır: "Əgər Mattisin dediyi kimi, məqsəd Türkiyəyə qarşı olan mümkün təhdidləri dəf etmək olsaydı, bu müşahidə nöqtəsinin sərhəddən ən az 15-20 km daha cənubda yaradılması lazım idi. Türkiyənin Amerikaya təklif etdiyi sistem də budur. Sərhədə 2 kilometrdən təhdid xəbərdarlığı edilməz. Bu onsuz da xəbərdarlıq olmaz, artıq iş işdən keçmiş deməkdir".
 
Monitorinq deyil, müşahidədir
 
"Xəbərdarlıq, 15-20 kilometr uzaqlıqdan verilərsə, məna daşıyar. Olması lazım olan Türkiyənin bu günə qədər gündəmə gətirdiyi kimi, uzaq məsafədən və birgə müşahidə nöqtələri qurmaqdır. 2 kilometr qalmış qurulan müşahidə nöqtəsi Türkiyəni izləməkdən başqa bir məna daşımaz. Amerikanın apardığı monitorinq nöqtəsi deyil, müşahidə, izləmə nöqtəsi yaratmaqdır. Fəratın şərqində PYD-yə qoruma qalxanı yaradılır. Amerika açıq şəkildə Türkiyənin Fəratın şərqinə mümkün müdaxiləsini çətinləşdirmə planı qurur və "Bu regionda fəaliyyət göstərsən qarşında məni görəcəksən” mesajı verir".

Müxalifət.az