ABŞ terrorçulara 250 TIR yeni silahlar verdi

Baxış sayı:
4354

Suriyada müxaliflərin nəzarətindəki İdlib vilayəti ilə bağlı Türkiyə ilə Rusiya arasında ötən bazar ertəsi Əsəd rejiminin hərtərəfli hərbi əməliyyatını rəfə qaldıran razılaşma əldə olunarkən Suriyanın İraq sərhədində terror təşkilatı İŞİD-ın əlindəki son mühüm yaşayış məntəqəsi olan Heccin rayonu ətrafında qarşıdurmalar şiddətlənib. Terror təşkilatı PKK-nın Suriya davamı YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrinə (SDG) bağlı ünsürlər ABŞ rəhbərliyindəki Koalisiyanın dəstəyi ilə bu bölgədə əməliyyatlarını sürətləndirib.
 
“AĞIR SİLAHLAR ALDIQ”
 
“Sputnik” xəbər saytına açıqlama verən SDG sözçüsü Kino Qabriel ABŞ və koalisiya qüvvələrinin İŞİD ilə mübarizə çərçivəsində onlara yeni silah verdiklərini bildirib. Mövzu ilə bağlı “Sputnik” məlumat verən SDG-dən başqa bir səlahiyyətli də silahların bir gün əvvəl gəldiyini qeyd edərək bunları deyib: "ABŞ, Heccin əməliyyatı səbəbi ilə bizə zirehli Hummer maşınları ilə ağır silahlar göndərib. 250 TIR dolu silah və zirehli maşınlar göndərilib. Bizə göndərilən silahlar içərisində avtomatik dəzgahlı tüfənglər, müxtəlif toplar və digər yüngül silahlar var. Silahlar və zirehli Hummer maşınlar Şimali İraqdan quru yolu ilə Semelka Sərhəd Məntəqəsindən Suriyaya daxil olub. Oradan da Deyrizor şəhərinin şərqində İŞİD-dən aldığımız bölgələrə buraxılıb. Heccin əməliyyatı üçün daha çox silahlara ehtiyacımız var idi. Çünki Heccin bölgəsi İŞİD-ın əlindəki son regiondur və bundan dolayı İŞİD çox müqavimət göstərəcək. Bizim də İŞİD terrorunu bitirmək üçün daha çox ağır silahlara və zirehli maşınlara ehtiyacımız var".


 
 ABŞ VƏ FRANSA DƏSTƏKLƏYİR
 
 Suriyanın şərqindəki neft zəngini Deyrizor vilayətindəki yerli mənbələrdən alınan məlumata görə, terror təşkilatları YPG/PKK və İŞİD arasında 11 sentyabrda başlayan qarşıdurmalar Heccin rayonu ilə Bəzəyə, Bağoz və Şiifə mahalı ərazilərində genişlənərək şiddətli şəkildə davam edir. Anadolu Agentliyinin xəbərinə görə, YPG/PKK, ABŞ və Fransanın dəstəyilə sözügedən ərazilərə quru hücumları təşkil edir.
 
57 YPG-li ÖLDÜ
 
Bomba yüklü avtomobil hücumlarında indiyə qədər ən az 57 YPG/PKK-lı terrorçu ölüb. YPG/PKK, Heccin və Bəzəyə mahalının mərkəzini ələ keçirmək üçün bir neçə hücum təşkil edib. İŞİD-çılar münaqişələrin başlanmasından sonra ailələrini Şiifə mahalının mərkəzinə göndərib. Digər tərəfdən, yerli mənbələr, YPG/PKK-nın hücumlarından qaçan təxminən minə yaxın mülki insan, Heccində qurulan düşərgədə zorla saxlandıqları məlumatını verib.
Qeyd edək ki, SDG-yə göndərilən silahların Heccində İŞİD-ə qarşı istifadə edildiyi bildirilsə də, Ankara, bu silahların YPG tərəfindən Türkiyəyə qarşı istifadə edilməsi riskini vurğulayır. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, ABŞ hökumətinin YPG-yə bu ana qədər 5 min TIR və 2 min yük təyyarəsi silah göndərdiyini açıqlayıb.
Müxalifət.az