ABŞ-ın “TERROR DƏHLİZİ”Nİ BİTİRƏN HƏMLƏ

 Türkiyə-ABŞ arasındakı 15 İyul dövlət çevrilişi cəhdi ilə artan gərginlik, Bərzaninin 25 sentyabr referendumu və “Fərat Qalxanı” Hərəkatından sonra İdlib həmləsi ilə zirvə nöqtəsinə çatdı.
 
Müxalifət.az xəbər verir ki, “Yeni Şafak” qəzeti Türkiyənin İdlib həmləsi ilə terror dəlizinin bitirilməsindən yazıb.
 
 ABD-PKK-BARZANİ ittifaqını boşa çıxaran İdlib hərəkatına addım addım belə gəlindi.
Son 3 illik Türkiyə ABŞ münasibətlərində yaranan gərginlikdə sərhədin şimal xəttində qurulmağa çalışılan terror dəhlizi mühüm rol oynadı. ABŞ-NATO dəstəkli 15 İyul dövlət çevrilişi cəhdi ilə artan gərginlik 25 sentyabr referendumu, “Fərat Qalxanı” Hərəkatı və İdlib həmləsi ilə zirvə nöqtəsinə çatdı. ABD-PKK-BARZANİ tərəfdaşlığı ilə Türkiyə sərhədinin 1334 kilometrlik hissəsində yaradılmaq istənilən Kürd terror dəhlizinə son verəcək ikinci və ən təsirli hücum xarakterli İdlib əməliyyatı ABŞ-ı narahat etdi. Türkiyənin İdlibə ilk hərbi nümayəndə heyətinin daxil olduğu gün ABŞ Türkiyə vətəndaşlarına viza prosedurlarının təxirə salındığını bəyan etdi. İŞİD bəhanəsi ilə 2014-cü il sentyabr ayında Suriya müharibəsinə faktiki olaraq daxil olan ABŞ, Aynəl Ərəb, Münbiç, Resulayn, Haseke, Tel Abyat, Suluk da daxil 25 min kvadrat kilometrlik sahə PKK/PYD-yə təslim etdi.
 
 SÖZÜNÜN ÜSTÜNDƏ HEÇ DURMADI
 
 PYD-yi quru gücü olaraq istifadə edən ABŞ işğal etdiyi yüzlərlə Türkmən və Ərəb bölgələrində muxtar rayonlar qurdurdu. ABŞ dəstəyi ilə Tel Abyat işğal ediləndən sonra PKK-nın Fərat çayını keçmək təşəbbüsü Türkiyədən sərt reaksiya ilə qarşılandı. PKK-lı terrorbaşılarının ABŞ-a təpkisi nəticəsində Pentaqon  Hasekede Redur Xəlil, Sinəm Məhəmməd, Şervan Dərvişlə görüşərək onlara 2016-cı ilin avqustuna “terror dəhlizinin” təhvil veriləcəyinə söz verdilər.
 
 15 İYUL TƏLƏSİ
 
 PKK-ya verilən 2016 avqust vədinə bir ay qalmış Türkiyədə ABŞ-NATO-nun dəstək verdiyi dövlət çevrilişi cəhdi baş verdi. Xəyanətdən sonra (24 Avqust) “Fərat Qalxanı” Hərəkatı başladı. 8 min Türk əsgəri və 10 min nəfərlik ÖSO ittifaqı ilə başlanan hərəkat çərçivəsində Cerablus, Əl Bab, Çobanbəy kimi mühüm yaşayış məntəqələri İŞİD və PYD-dən təmizləndi.
 
ABŞ-ın müxalifləri “təlim etmə” TƏXRİBATI
 
 2 min 100 kvadrat kilometrlik sahəni təhlükəsiz zonaya çevirərək 400 min vətəndaşın yenidən evlərinə qayıtması təmin olundu. 8 ay davam edən “Fərat Qalxanı” Hərəkatı ABŞ tərəfindən PKK-PYD-yə verilən dəhliz öhdəliyini boşa çıxaran ilk aksiya oldu.
 Türkiyənin 2012-də gündəmə gətirdiyi uçuşa yasaq bölgənin yaradılması ideyasını ABŞ əngəllədi. 2014-dən etibarən meydanda təşəbbüsü ələ keçirən ABŞ “Birgə Əməliyyat Otağı” qurdu. Həmin dövrdə müxaliflərin nizamlı orduya etiyacının olmasını irəli sürən ABŞ Türkiyə, Qətər və Səudiyyə Ərəbistanını da bu işə cəlb etməklə “Təlim vermə” layihəsini başlatdı. 350 nəfərlik qrupdan əksəriyyətinin PYD ilə əlaqəli Suvvar Rakka, Suvvar Suriya, Ceyş əl Suvvar kimi qruplardan seçilmiş olduğu  üzə çıxdı. Vaşinqtonun Suriyaya yönəlmiş bu ilk təxribat cəhdinin üzə çıxması ilə plan pozuldu və layihəyə son verildi.
 
Terror dəhlizinə 25 baza qurdu
 
İŞİD-lə mübarizə adı altında 2014-cü ildə Suriyaya hərbi qoşunlarını göndərən ABŞ 2011-ci ildə tərk etdiyi İraqa da yenidən qayıtdı. Suriyada ilk hərbi bazasını Haseke-Rimeylanda quran ABŞ daha sonra Munbiç, Tel Abyat, Qamışlı, Aynəl Ərəb, Set Tişrin, Rakka, Tabka bölgələrində 17 yeni hərbi baza inşa etdi. Suriyada PKK-ya verdiyi dəstəyin bənzərini İraqda da Bərzani Peşmərgələrinə verən Birləşmiş Ştatlar İraqda da 8 hərbi baza qurdu. İraq və Suriyada Peşmərgə və PKK tərəfindən işğal edilən bölgələrdə yaradılan hərbi bazalar terror xətti və Aralıq Dənizinə çıxışı planlaşdıran terror xəritəsini təminat altına alma məqsəd i ilə inşa edildi.
 
 İDLİBİ BÖLÜŞDÜLƏR
 
 Türkiyənin son İdlib həmləsi  ABŞ-PKK ittifaqı ilə Əsəd Rejimi arasında bölüşdürülən “İdlib” razılaşmasını da pozdu. Avqust ayında Hasekede PKK tərəfindən yaradılan bir heyət Dəməşqdə bir sıra görüş keçirdi. Danışıqlar Rejim Generallarından Rafiq Şeheda, Haseke Valisi Musa Cayez, Xalq İradəsi Partiyası Sədri Qədir Cəmil, Abdullah Öcalanın Dəməşq prosesində xüsusi katibliyi vəzifəsində olan və eyni zamanda Suriya Parlamentində deputatlıq missiyasını davam edən Ömər Ossi, razılaşma naziri Əli Heydər və General Refi-mək Şeheda kimi isimlər tərəfindən aparıldı.
Müxalifət.az