​ABŞ Suriyaya yeni zərbə endirdi

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyaya hava zərbəsi endirib.
Muxalifet.az bildirir ki, zərbə İraqla sərhəddəki Deyr ez-Zor vilayətinin Əl-Dueyji kəndinə endirilib. Nəticədə 10 dinc sakin həlak olub.
Məlumata görə, hava zərbəsinə Təl Al-Şaer yaşayış məntəqəsi və içində yaralıların, həkimlərin olduğu təcili yardım maşını məruz qalıb.