​ABŞ Suriyanı vurdu - 30 ölü

Baxış sayı:
4867

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Deyr əz-Zor bölgəsinin Əş-Şəəfa kəndinə endirdiyi hava zərbələri nəticəsində 30 nəfərdən çox dinc sakin həyatını itirib.
Muxalifet.az Azvision.az-a istinaden xəbər verri ki, bu barədə Suriyanın “SANA” dövlət informasiya agentliyi məlumat yayıb. Qeyd olunub ki, hava zərbələri nəticəsində ölənlərin əksəriyyəti qadın və uşaqlardır. 
“Yerli mənbələrin “SANA”ya verdiyi məlumata əsasən, ABŞ-ın rəhbərlik etdiyi, BMT Təhlükəsizlik Şurasının mandatı olmadan İŞİD-lə mübarizə bəhanəsi ilə yaradılan qanunsuz koalisiyaya məxsus hava qüvvələri Əş-Şəəfa kəndindəki evlərə zərbələr endirib. Dağıntıların miqyası və xəsarət alanların oradan çıxarılmasının çətinliyi səbəbindən qurbanların sayı arta bilər” - agentlik bəyan edib.