ABŞ Suriyadan gedənə oxşamır

Baxış sayı:
414

ABŞ hərbçiləri Suriyanın neftlə zəngin Deyr-əz-Zor vilayətində yeni həbi bazaların tikintisini aparır.

RİA Novostinin yerli mənbələrə əsasən verdiyi məlumata görə, ABŞ Sur yaşayış məntəqəsində də baza qurmağı planlaşdırır. Bu ərazilərdə çox sayda tikinti texnikası, döyüş sursatı, ağır silahlar, zirehli maşınlar, həmçinin 250-300 hərbi qulluqçu yığılıb. ABŞ artıq “Omar”adlı iri neft yatağının yerləşdiyi ərazini hərbi baza kimi istifadə edir. Bundan başqa ABŞ-ın Deyr-əz-Zorun üç başqa rayonunda da hərbi bazaları var. Xatırladaq ki, oktyabr ayında Tramp Suriyanın neft yataqlarını “mühafizə etmək üçün” nəzarətə götürdüyünü bəyan etmişdi. ABŞ prezidentliyinə namizəd olan Konqress üzvü Tulsi Qabbard isə Tpamın Suriya xalqına məxsus olan nefti “qamarlamaq” üçün ABŞ hərbçilərindən istifadə etdiyini bəyan etmişdi.
Muxalifet.az