ABŞ-ın Suriyadan çəkilməsinə Senatdan rədd!

Baxış sayı:
3985

 ABŞ Senatı prezidenti Donald Trampın Suriya və Əfqanıstandakı əsgərləri sürətli geri çəkməsinə qarşı çıxan maddəni də ehtiva edən bir qanun layihəsini təsdiq edib.
 
Senat ABŞ-ın yeni Yaxın Şərq siyasətini müəyyənləşdirəcək qanun layihəsini 23 əleyhinə, 77 səs lehinə olmaqla qəbul edib. Layihəyə hər iki partiyadan da senatorlar dəstək verib.
Sözügedən layihəyə əlavə olunan yeni maddə ilə Tramp Suriya və Əfqanıstandakı ABŞ varlığını davam etdirməyə və buradakı əsgərləri geri çəkməməyə dəvət edilir.
“Yaxın Şərqdə Amerikanın Təhlükəsizliyini Gücləndirmək" adı verilən layihə Konqresin ötən dövründə üzərində çalışılan və iki partiyanın da dəstək verdiyi 4 qanun layihəsinin birləşməsindən yaranıb.
Bu qanunlardan ikisi ABŞ-ın İsrail və İordaniya ilə əlaqələrinin gücləndirilməsini ehtiva edir. Üçüncü layihə İsrailə qarşı boykot, təcrid və sanksiya hərəkətlərinin zəiflədilməsini, dördüncü layihə isə Suriyada Əsəd rejiminə əlavə sanksiyalar tətbiq olunmasını nəzərdə tutur.
 
Demokratlardan İsrail təpkisi
 
 Digər tərəfdən, sözügedən qanun layihəsində "Fələstin Üçün İsraili Boykot Təşəbbüsü" kimi tanınan maddə səbəbilə Demokrat senatorlar təpki göstərib.
Demokrat senatorlar onların İsrail üçün nəzərdə tutulan qanuna qarşı çıxmaması üçün Respublikaçıların layihəyə Əfqanıstan və Suriya ilə bağlı maddələri əlavə etdiyini irəli sürüb.
Suriya və Əfqanıstan ilə bağlı maddəni qanun layihəsinə əlavə edən Senatın əksəriyyət lideri Mitç Mcconnell, keçən həftə Senatda çıxışında, "İŞİD və Əl-Qaidə hələ məğlub edilmədi. Amerikanın milli təhlükəsizlik maraqları buradakı (Suriya) missiyamızı davam etdirməyimizi tələb edir" demişdi.
Müxalifət.az