“ABŞ Suriyadan çəkilməkdə çətinlik çəkir” - Çavuşoğlu

Baxış sayı:
5719

Xarici siyasət gündəmində bir çox əhəmiyyətli mövzunu eyni anda təqib etdiklərini, prioritetli mövzulardan birinin isə Suriya olduğunu vurğulayan Türkiyənin XİN rəhbəri Çavuşoğlu, ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra prosesin necə koordinasiya edələcəyinin müzakirə olunduğunu bildirib.
 
Çavuşoğlu prosesin ABŞ ilə necə koordinasiya ediləcəyi ilə bağlı işlərin davam etdiyini qeyd edərək, Ağ Evin Milli Təhlükəsizlik məsləhətçisi Con Boltonun, ABŞ baş qərargah rəisi Cozef Dunford və Qlobal Koalisiya xüsusi nümayəndəsi olaraq təyin olunmuş James Jeffreyin Ankara təmaslarında da bu mövzuları müzakirə etdiyini bildirib.
Xarici işlər naziri Çavuşoğlu, belə davam edib:
"Görürük ki, ABŞ-ın bu qərarından imtina etdirmək üçün səy sərf edən ölkələr də var. ABŞ-ın içində də fərqli səslər var. Bütün bunları konsolidə etməyə çalışırıq. Tərəf müqabillərimizlə bu mövzuları hərtərəfli qiymətləndiririk. Son günlərdə ABŞ-ın bəhanə olaraq, xüsusilə 'Kürdləri öldürməyin 'kimi ifadələrini də şiddətlə rədd etdiyimizi onsuz da dəfələrlə söylədik. Hörmətli prezidentimiz də dünən partiyanın qrup toplantısındakı çıxışında çox açıq, dəqiq bir şəkildə vurğuladı. Burada çəkilməklə bağlı ABŞ-ın bəzi çətinlikləri olduğunu görürük. Bir terror təşkilatıyla bu qədər iç-içə olduqdan sonra terror təşkilatından ayrılmaq o qədər də asan olmur. ABŞ-ın qarşı-qarşıya qaldığı çətinliklərdən bir dənəsi budur. Amma öz içində fərqli qurumlardan fərqli səslərin gəldiyini də görürük".
Müxalifət.az