ABŞ Suriyadan çəkilir: Terrorçuları iki dövlət qoruyacaq

Baxış sayı:
12649

“The Guardian” qəzetinin ABŞ qaynaqlarına söykədiyi xəbərinə görə, İngiltərə və Fransa ABŞ prezidenti Donald Trampın Suriyadakı əsgər sayını azaltmasıyla meydana gələcək boşluğu doldurmaq üçün bölgəyə əlavə əsgər göndərəcək.
 
Hər iki ölkə də Suriyada terror təşkilatı İŞİD-la mübarizə məqsədiylə saxladıqları elit hərbi birliklərin sayını 15 faiz artıracaq.
Digər yandan, bu ölkələrin Suriyada hal-hazırda neçə əsgərinin olduğu gizli tutulur.
Almaniyanın Suriyaya əsgər göndərməyi rədd etdiyi, İtalyanın isə qərar vermə mərhələsində olduğu ifadə edilib.
ABŞ-ın Suriyada saxladığı 2500 əsgərini 400-ə endirməsi gözlənilir.
İngiltərə İŞİD-la mübarizə koalisiyası çərçivəsində Suriyada hava hərəkatlarına qatılır, ancaq İngilis hökuməti bölgədəki xüsusi təyinatlı əsgərləriylə əlaqədar məlumat vermir.
Müxalifət.az