ABŞ-ın Suriyadan çıxmaq ÜÇÜN 3 ŞƏRTİ

Baxış sayı:
1399

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Haley, "Suriyanı üç şey əldə etmədən tərk etməyəcəyik. Birincisi, kimyəvi silahların istifadəsinə icazə verə bilmərik və bunun üçün mübarizə aparacağıq. İŞİD tamamilə məğlub edilməli və üçüncü hədəf İranın bölgədə hegemon olmayacağına əmin olmaqdır".
 
Haley, Amerika CBS televiziyasında gündəmlə əlaqədar sualları cavablandırıb.
ABŞ-ın Suriyada rejim ilə mövcud vəziyyətdə birbaşa görüşməyəcəyini ifadə edən Haley, ABŞ-ın Suriyadakı hərbi varlığı əsaslandıran istiqamətlərdən də danışıb: "Hədəf, Amerikan birliklərinin evə dönməsidir, amma Suriyadan üç şeyə nail olmadan çıxmayacağıq. Birincisi, kimyəvi silahların istifadəsinə icazə verə bilmərik, ikincisi İŞİD tamamilə məğlub edilməlidir və üçüncü hədəf İranın bölgədə dominant olmayacağına əmin olmaqdır".
 
ABŞ-dan Rusiyaya yeni sanksiyalar
 
Rusiya ilə əlaqələrə toxunan Haley, Suriyadakı rejimin, kimyəvi silahların yerində saxlanmasına kömək edən Rusiya şirkətlərinə yeni sanksiyalar tətbiq edəcəyini söyləyib. Haley, “Rusiyaya yeni sanksiyalar gəlir. Xəzinə naziri Mnuchin bu sanksiyalarını bazar ertəsi günü açıqlayacaq. Sanksiyalar Əsəd və kimyəvi silah məsələsində ona yardım edən şirkətlərə tətbiq olunacaq".
Haley, "Fox News Sunday" proqramında isə Rusiyanın Venesuelada Maduro hökumətinə, Suriyada Əsədə dəstək verərək və İran ilə iş birliyi edərək "səhv aktyorlarla" çalışdığını, Rusiyanın "heç yaxşı dostlarının qalmadığını" və "olanların da Rusiyaya zərər verdiyini" söyləyib.
Müxalifət.az