​ABŞ Suriyadan çıxacağı vaxtı açıqladı

Suriya konfliktinin həlli ilə bağlı Cenevrə danışıqlarında razılaşma əldə olunmayana qədər beynəlxalq antiterror koalisiyası Suriyada qalacaq.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Müdafiə naziri Ceyms Mettis söyləyib.
“Biz Cenevrə prosesində irəlləyiş əldə olunmayana qədər Suriyadan getməyəcəyik. Bu o demək deyil ki, bəzi qüvvələr Suriyadan çıxacaqlar. Bu o deməkdir ki, hər kəs orada qalacaq. Biz konfliktin diplomatik yolla həlli üçün şərait yaratmağa cəhd edirik”, – deyə o bildirib.