​ABŞ Suriyadakı aerobazanı səbəbsiz yerə bombaladığını ETİRAF ETDİ

Baxış sayı: 87

ABŞ kimyəvi silah bəhanəsi ilə Suriya dövlətinin Şayrat aerobazasını nahaq yerə bombalayıbmış
Hurriyyet.org xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov ABŞ-ın Fəth əl Şamla (Əl Nusra) əlaqəsi olan Heyət Tahrir-uş Şamın (HTŞ) Suriyada kimyəvi silahdan istifadə elədiyini ilk dəfə qəbul elədiyini bildirib.
ABŞ Dövlət Departamenti bu bəyanatı öz rəsmi saytında verib və məhz bu səbəbdən amerikalıların Suriyaya getməməli olduqlarını bildirib.
ABŞ XİN-in məsələ ilə bağlı açıqlaması barədə jurnalistlərə müsahibə verən Kanoşenkov deyib: “Kiçik və ağır silahlar, partlatıcılar və kimyəvi silahlardan istifadə edən Heyət Tahrir-uş Şam təşkilatı İdlibdə fəaliyyət göstərir. Bu, ABŞ Dövlət Departementi tərəfindən Cəbhat ən Nüsra terrorçularında kimyəvi silahın sadəcə olması yox,  - xüsusi vurğulayaraq bildirirəm ki, - ondan istifadə etməsinin rəsmi şəkildə təsdiqlənməsidir. Biz bu barədə dəfələrlə xəbərdarlıq eləmiş və bütün səviyyələrdə bəyanat vermişdik”.
 
İndi hər şey yerini aldı
 

İdlibdəki kimyəvi silahdan istifadə hadisəsini xatırladan Konaşenkov deyib: “İndiyə qədər kimyəvi silahdan istifadə edildiyi bəlli olan yeganə yer Han Seyhundur. Ancaq o zaman ABŞ kimyəvi silah məsələsində inadla Suriyanın dövlət ordusunu günahlandırmış və terroru təşkil edən Əl Nusra yaraqlılarını “mülayim müxalifət” kimi tanıtdırmışdı. İndi hər şey öz yerini aldı”.
 
“Şayrat”ı vurmağa xərclənən milyonlarla dollar “Əl Nusra”ya hücuma xərclənə bilərdi
 
Konaşenkov daha sonra deyib: “İdlibdə Əl-Qaidəyə bağlı, dinc xalqa qarşı kimyəvi silahdan istifadə edən Əl Nusra fəaliyyət göstərir. Aydın olmayan yeganə şey budur – Suriyanın Şayrat aviabazasına “Tomaqavk” kimi bahalı qanadlı raketlərlə hücum eləmək Vaşinqtonun nəyinə lazım idi? Axı onlarla milyon dolları daha faydalı bir iş üçün atəşə çevirmək olardı – qanadlı raketləri Cəbhat Əl Nusra terrorçularına yönəltmək lazım idi”.