ABŞ-ın Suriyada yeni davranışı

Baxış sayı:
6538

Serdar Turgut - Habertürk
 
Dünən bütün gözlər Soçidə Türkiyə prezidenti Ərdoğanla Putin arasında keçirilən sammitdə idi. Amma Vaşinqtonda da Suriya məsələsi ilə bağlı əhəmiyyətli bir hərəkətliliyin olduğunu da görməyimiz lazımdır.
 
Vaşinqton, İdlib məsələsində sahədə dərhal təsirini göstərəcək konkret bir addım atmır. Ancaq rəhbərlik diplomatik kanalları daim açıq saxlayıb, xüsusilə Türkiyənin İdlibdə bir çözüm arayışına güclü dəstək verməyi qərara alıb. Bunda keçmiş Türkiyə səfiri və hazırda Türkiyəni ən yaxşı anlayan şəxs olan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffreyin rolu olduğu bilinir.
 
 
Ceyms Ceffri
 
Suriya üzrə xüsusi elçisi Coel Rayburn da Cefrinin mövqeyinə dəstək verir.
ABŞ rəhbərliyi, Suriya haqqında diplomatik baxımdan daha fəal olmağa qərar verdiyindən bu iki şəxsi Cenevrəyə göndərib. Onlar başda Birləşmiş Millətlər Təşkilatının Suriya Koordinatoru Staffan de Mistura olmaqla, Misir, Fransa, Almaniya, İngiltərə və Səudiyyə Ərəbistanının nümayəndələri ilə bir sıra görüş keçiriblər.
 Amerika sülhün təmin olunması üçün Türkiyəyə zaman tanınmasının əhəmiyyətinə inanır və bunun Cenevrədə görüş keçirilən ölkələrə güclü bir dillə çatdırıldığı bildirildi mənə Vaşinqtonda.
 Amerikanın BMT-dəki nümayəndəsi Niki Halley də, Suriyadakı son prosesdə Türkiyənin əhəmiyyətini BMT Təhlükəsizlik Şurasında daim vurğuladığı deyilir Nyu-Yorkda.
 
REJİMİ VURARIQ
 
Amerika İdlibdəki vəziyyət məsələsində Türkiyənin mövqeyinə paralel gedərkən, bir tərəfdən də Rusiyaya, "Əgər Dəməşq qırğına yol açacaq bir hücum etsə, onları vurarıq. Həm də bunu hökmən kimyəvi silah istifadə etmək şərtinə bağlamayaraq edərik" mesajını çatdırdığı Vaşinqtondakı İsrailə yaxın mənbələr tərəfindən söylənir.
 Bu mənbələr Amerikanın bu mövqeyini, rəhbərlik üçün Suriyadakı yeganə və prioritet məsələnin İran olmasına və rejimin İrana yaxın milislər ilə birlikdə İdlibə bir hücum etməsinin İranın bölgədəki gücünü daha da artırmasına yol açacağı təsbitinə əsaslandırırlar.
 
MOSKVAYA AÇILAN XƏTT
 
Suriya mövzusunu danışmaq üçün Moskva ilə Vaşinqton arasında yaradılmış xüsusi xəttin son günlər xeyli məşğul olduğu deyilir.
 Rəhbərlik, Amerikanın əsgərlərini siyasi həll prosesi başa çatana qədər Suriyadan çəkməyəcəyini Moskvaya bildirib.
 Bununla yanaşı, Vaşinqton Suriyanın yenidən inşası məsələsində Rusiya ilə koordinasiyalı fəaliyyətə və bu barədə lazımi maliyyələşdirməni təmin etmələri üçün Körfəz ölkələrini dövrəyə salacağını Moskvaya çatdırıb. Buradakı mənbələr bu məsələyə Türkiyənin xüsusilə diqqət etməsi lazım olduğunu vurğulayırlar.
 ABŞ-ın Suriya üzrə xüsusi təmslcisi və xüsusi elçisinin Cenevrədə Səudiyyə Ərəbistanı ilə apardıqları göüşmədə bu məsələnin də müzakirə olunduğu deyilir Vaşinqtondakı mənbələr tərəfindən.
 
BİR YANDAN DA TƏZYİQ DAVAM EDİR
 
Amerika İdlib mövzusundakı diplomatik hücumunu davam etdirərkən, bir tərəfdən də sanksiyalar vasitəsi ilə Əsəd rejimi üzərində təzyiq göstərməyə də davam edir.
Məsələn, keçən həftə cümə günü Vaşinqton rejimə silah və yanacaq təminində vasitəçilik etdiyini təsbit etdiyi dörd şəxsə və beş şirkətə sanksiyalar tətbiq edib.
Anlaşılan odur ki, Vaşinqton Suriya ilə daha dərindən məşğul olmaq və aktiv olmaq qərarını verib.
Hazırladı: Müxalifət.az