ABŞ Suriyada TƏHLÜKƏLİ BİR OYUN OYNAYIR – AMERİKALI EKSPERT

Amerika “Heritage Fondu”nun eksperti Luka Coffey, ABŞ-ın PKK/PYD-ni silahlandırmasını "təhlükəli oyun" kimi qiymətləndirib və Rakkanın alınmasının bu terror təşkilatının silahlandırılmasına dəymədiyini deyib.
 
ABŞ-ın, mənbələrini Suriyanın şimalında apardığı strategiyaya bağlamasının "dar dünyagörüşü" olduğunu bildirən Coffey, Amerika qüvvələrinin Suriyanın şimalında uzun bir zaman qala və bu strategiyanın müsbət bir nəticə verəcəyini də proqnozlaşdırmaq mümkün olmadığını dilə gətirib.
Suriyada ABŞ-ın terror təşkilatı PKK/PYD ilə əməkdaşlığına toxunan Coffey, "İŞİD-in mərkəzi Rakka düşdü, başlıqlarını görmək bizi xoşbəxt edir. Amerika siyasətçilərinin istədiyi şey də budur, Amerika xalqının da eşitmək istədiyi budur" deyə, fikir bildirib.
Rakka üçün keçmiş prezident Barak Obama dövrünün siyasətçiləri başda olmaqla, ABŞ qərar vericilərinin PKK/PYD ilə əməkdaşlıq etdiyini bildirən Coffey, İŞİD-in “xilafəti”nin dağılması ilə ABŞ-ın Suriyadakı strategiyasında qarışıqlığın baş verdiyini ifadə edib.
 
 Suriya çox sürüşkən bir zəmindir
 
 Amerikada qərar verənlərin Kürd qrupları arasındakı məqamları anlamadıqlarına diqqəti çəkən Coffey," ABŞ-ın YPG ilə işləməyə başlamasından bəri YPG və ya PYD kimi bir təşkilatla əlaqəsinin necə davam edəcəyi və ya nə qədər uzun müddət davam etdiriləcəyi məsələsində şübhələrim vardı. Amerika xalqının əksəriyyəti, vergilərinin
Neo-Marksist ideologiyaya malik və ABŞ Dövlət Departamentinin Xarici Terror Təşkilatları Siyahısına əlavə olunan bir təşkilatla əlaqəsi olan bir təşkilatı maliyyələşdirdiyini bilsəydi bu, bir qayğı mənbəyi olacaqdı" deyə, bildirib.
PKK/PYD-nin, ABŞ-ın Suriyada uzun zamana yönəlik bir rol oynamasını istədiyini bildirən Amerikalı ekspert, "ABŞ Suriyada təhlükəli bir oyun oynayır. Buranın çox sürüşkən bir zəmin olduğunu düşünürəm. Rakkanın sürətli alınmasından ötrü YPG kimi bir təşkilatı silahlandırmağa və bu boyda maya dəyərinə mənə görə (Rakkanın alınması) dəyməzdi" deyə,  şərh verib.
Bu həftə ortaya çıxan PKK/PYD ilə İŞİD arasındakı müqaviləyə də toxunan Coffeyin fikrincə., bu faktın özü PKK/PYD-nin etibarlı olmadığını ortaya qoyur.
Türkiyə-ABŞ münasibətlərinin Amerika rəhbərliyinin PKK/PYD-yə dəstək verməsindən sonra pisləşdiyini deyən Coffey, Türkiyədə ABŞ-a qarşı mövcud olan narazılığın aydın olduğunu vurğulayıb.
Sonda Luka Coffey, "Türkiyə ilə ABŞ arasında olan 70 illik bir münasibəti 7 illik bir çətinliyə fəda etməyə dəyməz" deyə, dəyərləndirmə edib.
Müxalifət.az