ABŞ Suriyada Rusiyanın planlarını pozacaq-ŞOK DETALLAR

Baxış sayı:
431

Muxalifet.az  iz.ru-ya istinadən xəbər verir ki, ABŞ diplomatı Ceyms Cefri Rusiyanın Suriyada uğur qazanmasına imkan verilməyəcəyini bildirir.

ABŞ Rusiyanın Suriyadakı daxili silahlı qarşıdurmada Bəşər Əsədin qalib gəlməsinə hesablanmış səylərini heçə endirmək üçün çalışacaqdır. Bu barədə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri bəyanat verib. Onun sözlərinə görə, Rusiyanın Bəşər Əsədin hərbi qələbəsinə yönəlmiş səylərinin qarşısını almaq çalışmalarında ABŞ-ın dövlət katibi Mayk Pompeo tərəfindən verilmiş göstərişlər yerinə yetirilib. Diplomatın fikrincə o da öz növbəsində bu göstərişləri ABŞ prezidenti Donald Trampdan alıb.
Amerikalı diplomatın TASS-a dediyinə görə, "mənə verilən əmrlər də belədir". ABŞ Nümayəndələr Palatasının xarici işlər komitəsindəki dinləmələr zamanı söylədiyi kimi, missiyasının əsas hissəsi Rusiyanı Suriyada uğursuzluğa məruz qoymaqdır.
Çərşənbə günü CNN Rusiyanı Suriyada qazandığı uğur səbəbilə ABŞ-ı təhqir etməkdə günahlandırdı. Putinlə Ərdoğan regionda əsas geosiyasi vasitəçi olduqları üçün, “ABŞ-ın Suriyanın gələcəyinin formalaşdırılmasında yeri yoxdur”,-deyə KİV xəbər yaydı.
Oktyabrın 22-də prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Suriyanın şimalında birgə patrul növbələri təşkil etmək və kürdlərin geri çəkilməsini asanlaşdırmaq barədə razılığa gəldilər.
Onlar arasındakı görüş bitdikdən sonra Müdafiə naziri Sergey Şoyqu Vaşinqtonun Suriyadakı öhdəliklərini yerinə yetirməsinə saat yarım qaldığını söylədi. İki liderin qərarı SƏR prezidenti Bəşər Əsəd tərəfindən müsbət qarşılandı. Müdafiəçi axtarışında olan kürdlər Dəməşqə üz tutdular.    
Muxalifet.az