ABŞ Suriyada boşaltdığı bazalara ZİREHLİ TEXNİKA GÖNDƏRİR

Baxış sayı:
8689

Barış Pınarı Hərəkatı müddətində Suriyanın şimalından çəkilən ABŞ ordusu, Suriya-Türkiyə sərhədindəki Aynularab şəhərindəki bazasına yerləşdikdən sonra Rakka şəhərinin qərbindəki hərbi bazasına da qayıtdı.
Muxalifet.az bu barədə "Hürriyet"ə istinadla xəbər verir.
Belə görünür ki, ABŞ ordusu terror təşkilatı YPG/PKK-nın nəzarətində olan bölgələrdəki boşaltdığı bazalarına geri qayıdır.
Rakka şəhərinin qərbindəki hərbi bazasınından çıxan ABŞ ordusu bölgəyə dönərək yenidən baza qurur. Görünür ki, elə əvvəlcədən bu məqsəddə olduqlarına görə bazalarını çox uzağa yox, mərz İraqa köçürmüşdülər.
ABŞ ordusunun göndərdiyi və əsgər daşıyan zirehli maşın, mina təmizləyən avadanlıq və başqa zirehli texnikaların olduğu karvan Haseke vilayətindən keçərək Rakka vilayətinin qərbində yerləşən Cəzrə bazasına çatıb. Cəzrə bazasına çatan karvanda 25-30 ABŞ əsgərinin olduğu qeydə alınıb.
ABŞ ordusu bölmələri Aynularabın (Kobani) cənubundakı Sırrın məntəqəsindəki əvvəlki bazalarına yerləşmişdi.
Muxalifet.az