ABŞ-ın Suriya təmsilçisi Türkiyəyə gəlir

Baxış sayı:
10972

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri, 5-14 dekabrda Türkiyə və İordaniyaya səfər edərək Suriya məsələsində danışıqlar aparacaq.
 
ABŞ Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamaya görə, Cefrini Türkiyə və İordaniya səfərlərində Xarici İşlər Nazirliyinin müşaviri Joel Rayburn müşayiət edəcək.
Cefri Türkiyədə görüşəcəyi liderlərlə Suriyadakı son vəziyyəti müzakirə edəcək və Türk rəsmiləri ilə "Yüksək Səviyyəli Suriya İşçi Qrupu" yaradacaq.
İordaniya ilə təmaslarında isə Suriya rejimi üzərindəki təzyiqinin ən yüksək səviyyədə davam etdirilməsi məsələsini müzakirə edəcək Ceyms Cefri, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin nəzərdə tutduğu siyasi həllə yönələn addımları İordaniyalı rəsmilərlə müzakirə edəcək.
Cefri Suriya siyasətinin formalaşmasında yer alan Amerikalı heyətlə də bir araya gələcək.
Müxalifət.az