ABŞ-ın Suriya təklifi bəlli oldu

Baxış sayı:
2056

ABŞ başda olmaqla, Qərbin Suriyada siyasi həll axtarışlarının ünvanı kimi gördüyü Cenevrə prosesinin canlandırılması üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura, yenidən dövrədədir. Mistura, Cenevrədə həftə boyunca davam edən iclaslarda Suriya böhranının dominant aktyorlarının yaradılması nəzərdə tutulan yeni Konstitusiya komissiyası ilə konstitusiya islahat prosesini müzakirə edib. Mistura, ilk iki gün Astana prosesinin təminatçısı Türkiyə, Rusiya və İranın nümayəndələri bir araya gəlib. O biri qrupda isə Misturanın masasında, ABŞ-ın başını çəkdiyi Fransa, Almaniya, İngiltərə, Misir, İordaniya və Səudiyyə Ərəbistanından ibarət olan "Kiçik Qrup” nümayəndələri yer alıb. Toplantıda ABŞ-ı Suriya üzrə xüsusi nümayəndəsi səfir Ceyms Cefri ilə müavini Coel Rayburn təmsil edib.
“Hürriyyət”-də yer alan xəbərə görə, ABŞ nümayəndə heyəti Cenevrədə müzakirə üçün Trump rəhbərliyinin Suriya üçün nəzərdə tutduğu siyasi perspektivi ortaya qoyan, bağlayıcılığı olmayan bir sənəd (non-paper) təqdim edib. İctimaiyyəti üçün olmayan sənədin Suriyada siyasi həll üçün ABŞ-ın "Kiçik Qrup”dakı ölkələrlə birlikdə qoyduğu hədəflər baxımından əsas olduğu bildirilib. Sənəddə siyasi həllin parametrləri olaraq səkkiz maddəyə yer verilib:
BMT Təhlükəsizlik Şurasının 2254 (BMT TŞ) saylı qərarına müvafiq olaraq "Kiçik Qrup” belə bir Suriya hökumətinin varlığını əsas görür:
-Terrorçuları dəstəkləməyən və onlara etibarlı sahə təmin etməyən;
-Kütləvi qırğın silahlarından təmizlənmiş və kütləvi qırğın silahı proqramlarını dəlillərlə başa çatdırmış;
-İran rejimi və onun döyüşçüləri ilə əlaqəsini kəsmiş;
-Qonşularına təhlükə törətməyən;
-Qaçqınların evlərinə könüllülük əsasına söykənən, etibarlı və qürurlu dönüşü üçün lazımlı şərtləri təmin edən;
-Müharibə cinayətlərini və bəşəriyyətə qarşı cinayət törədənləri mühakimə edən, ya da bunu etməsi üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edən,
-BMT himayəsində və BMT TŞ 2254 saylı qərarı əsasında işləniləcək siyasi proses, konstitusion islahatlar və BMT-nin himayəsi altında keçiriləcək seçkilərlə yekunlaşmalıdır.
-Suriya hökuməti tərəfindən nəzarət edilən sahələrdə, yardımçı ölkələri qane edəcək, konstitusion islahat və BMT-nin himayəsi altında seçki ilə nəticələnəcək bir siyasi prosesin olmadığı təqdirdə beynəlxalq yenidən inşa dəstəyi verilməyəcək.
-Konstitusiya islahatı, seçkilər və Suriyada siyasi həll üçün uyğun mexanizm BMT-nin himayəsi və nəzarətindəki bir konstitusiya komissiyasıdır. BMT ən qısa zamanda konstitusiya komissiyası yaratmalıdır.
 
ŞİMAL-ŞƏRQİ SURİYADAN NÜMAYƏNDƏLƏR VURĞUSU
 
-Konstitusiya komissiyasının müəyyən edilməsi BMT-nin səlahiyyətində olmalıdır. “Kiçik Qrup”, BMT-ni konstitusiya islahatı və seçkilərin həyata keçirilməsi üçün Suriya hökumətinin, şimal-şərqi Suriyadan nümayəndələrin və burada bəhs edilən prinsiplərə sadiq bir həlldən yana olan Suriya müxalifətinin də aralarında olduğu bütün siyasi qüvvələri prosesə daxil etməyə təşviq edir.
-DEAŞ-ın tam şəkildə məğlubiyyətə uğradılması ilə Qlobal Koalisiya və tərəfdaşları tərəfindən təmizlənən bölgələrə sabitlik dəstəyi Suriyada siyasi həllin əvəzolunmaz amilləridir.
-Xüsusilə, İordaniya, Holan və Türkiyə sərhədlərində burada bəhs edilən prinsiplərlə uyğun şəkildə insanı böhranı azaltmağa yönəlik səylərin hamısı təşviq edilməli.
-Kiçik Qrup, Suriyada kimyəvi silahların istifadəsini əngəlləmək üçün lazımi bütün addımları atacaqdır.
 
MƏRKƏZÇİ QURULUŞ ƏVƏZİNƏ SƏLAHİYYƏT DÖVRÜ
 
ABŞ-ın Cenevrədə masaya gətirdiyi mətndə Suriyadakı siyasi prosesin ilk addımı kimi gördükləri "konstitusiya islahatı” üçün lazım olan addımlar isə altı maddədə yekunlaşıb. Yeni konstitusiyada prezidentin səlahiyyətlərinin regional hökumət qurumlarının müstəqilliyini təmin edəcək şəkildə keçirilməsi lazım olduğu bildirilir. Mərkəzçi sistem əvəzinə regionlara səlahiyyət dövrü vurğusu da var. Detallar belədir:
-Prezidentin səlahiyyətləri həm qüvvələr ayrılığını daha geniş şəkildə təmin edəcək, həm də digər mərkəzi və regional hökumət qurumlarının müstəqilliyini təmin edəcək şəkildə yenidən bərpa olunmalıdır.
-Hökumət, gücləndirilmiş səlahiyyətləri olan baş nazir tərəfindən idarə edilməlidir. Prezident və baş nazirin səlahiyyətləri arasında dəqiq bir ayrılıq olmalıdır. Baş nazir və hökumət, prezident təsdiqinə bağlı olmayan bir şəkildə təyin olunmalıdır.
-Məhkəmə daha geniş müstəqilliyə malik olmalıdır.
-Təhlükəsizlik qurumları islahatdan keçirilərək mülki hakimiyyətin nəzarəti təmin olunmalıdır.
-İdarəetmə səlahiyyəti aydın şəkildə təhvil verilməli, məsuliyyət regional bazanı əhatə edəcək şəkildə paylanılmalıdır.
-Seçkilərdə namizəd göstərəbilmə üzərindəki məhdudiyyətlər ləğv edilməlidir. Qaçqınların, yerlərindən edilmişlərin və sürgündə də prezidentlik də daxil olmaqla, bütün orqanlar üçün namizəd olmaları təmin olunmalıdır.
TARİXİ ARAYIŞ: Sənəddə terror təşkilatı PKK-nın davamı YPG-nin əsasını təşkil etdiyi SDG-nin nəzarətindəki bölgələrdən "Şimal-Şərqi Suriya” - deyə bəhs edilir. Şimal-Şərqi Suriyadan nümayəndələrin də konstitusiya komissiyasında yer alması lazım olduğu bildirilir.
Müxalifət.az