ABŞ Suriya sərhədinə 600 ƏSGƏR GÖNDƏRDİ

Baxış sayı:
3673

Rusiya ABŞ-ın terror təşkilatının əlindəki bölgədə 20 hərbi baza qurduğunu iddia etmişdi. Bu iddialar müzakirə edilərkən ABŞ-dan təcili bir həmlə daha gəldi. ABŞ, Suriya ilə sərhədə 600 əsgər göndərdi.
 
Xüsusi qüvvələrdən ibarət 600 ABŞ əsgərinin zirehli maşınlarla birlikdə ABŞ-ın Suriya ərazisindəki Əl Tanf hərbi bazasına göndərildiyi qeyd olunub.
İki il əvvəl yaradılan Əl Tanf hərbi bazası İraq ilə Suriya arasındakı sərhəd keçidlərinə nəzarət etməyi hədəfləyir. ABŞ-ın bu bazada Suriyalı müxaliflərə təlim verdiyi məlum olur.
2017-ci ilin sonunda açıqlama verən Rusiya baş qərargah rəisi Valeriy Gerasimov, ABŞ-ın Suriyadakı Əl Tanf bazasında İŞİD terrorçularının təlim gördüyünü irəli sürmüşdü.
Müxalifət.az