ABŞ Suriya neftini İrana BURAXMAQ İSTƏMİR

Baxış sayı:
4157

Trampın Suriyadan çəkilmək istəməsi ilə bağlı açıqlamasından sonra ABŞ mətbuatında "Suriya nefti necə olacaq" mübahisələri başlayıb.
 
Suriyada illərdir davam edən daxili müharibədə müxtəlif terror təşkilatları ilə əməkdaşlıq edən Amerika, regiondakı siyasətini gözdən keçirmək qərarı alıb.
Bu qərardan sonra ABŞ prezidenti Donald Tramp, Suriyadan çəkilmək istədiyini açıq şəkildə ifadə edib.
 
NEFT NECƏ OLACAQ?
 
Trampın bu açıqlaması, terror təşkilatlarında böyük bir üzüntüyə səbəb olarkən, Amerikada da yeni bir mübahisəyə səbəb olub.
“The Vaşinqton Post”da çıxan yazıda, Amerikanın neft bölgələrindəki hakimiyyəti buraxması ilə bölgədə İranın təsirinin artacağı qeyd olunub.
 
SURİYANI DA İRAQ KİMİ ETMƏK İSTƏYİRLƏR
 
Trampın bu qərardan bir an əvvəl imtina etməsini istəyən Amerikan mediası, İraqda olduğu kimi, Suriyada da bütün neft regionlarında birmənalı şəkildə ABŞ hakimiyyətinin qurula biləcəyini yazmağa başlayıb.
“The Vaşinqton Post”da çıxan yazının davamında, Amerikanın geri addım atması təkcə İranın deyil, Rusiyanın da regiondakı fəallığının yüksək səviyyəyə çıxacağını bildirib.
Müxalifət.az