ABŞ SURIYA MASASINA ALINMADI

Baxış sayı:
5926

Amerikanın media qurumu CNN, Türkiyə, İran və Rusiyanın görüşünün ABŞ-ı əli-qolu bağlı qoyduğunu, Suriyada çətin vəziyyətə saldığını yazıb.
 
Orta Şərqdə ilk dəfə ABŞ olmadan gələcək planlaşdırılır. İraqdan etibarən neftin axdığı hər yerdə haqq iddia edən ABŞ, bu dəfə Suriyada müzakirə belə olunmur. Ötən gün Türkiyə, Rusiya və İranın arasında Ankarada keçirilən toplantı da bu vəziyyəti dahanu möhkəmləndirdi.
ABŞ-ın masaya alınmaması bir tərəfə, ABŞ mətbuatı da bu toplantının Vaşinqton rəhbərliyinin əlini-qolunu bağladığı fikrindədir.
 
DAHA PİS BİR VAXTA UYĞUN GƏLMƏZDİ
 
ABŞ-ın nüfuzlu media qurumu CNN, üçlü Suriya görüşünü dəyərləndirib. “Zirvə, ABŞ üçün daha pis bir vaxta rast gələ gəlməzdi. ABŞ masada olmadığı kimi, Suriyadakı bu üç mühüm oyunçu birlikdə ortaya çıxanda nə istədiklərini, Suriyadakı məqsədlərinin nə olduğunu bilirdi" deyə bildirən CNN müxbiri, Suriyadakı ABŞ varlığına belə Vaşinqton rəhbərliyinin hələ də qərar verə bilmədiyini bildirib.
ABŞ-ın masada olmaması bir yana, Suriyada qalıb, qalmamaq planları güdən Vaşinqton rəhbərliyi üçün, bu torpaqların ən sözü keçən ölkələri olan Türkiyə, İran və Rusiyanın birlikdə sanki gövdə nümayişi kimi Suriya konfransı keçirməsini ABŞ-ın düşüncələrini yaxşıca qarışdırdığı fikrindədir.
 
ABŞ ETİBARLI MÜTTƏFİQ DEYİL
 
 ABŞ-ın Suriyadakı maraqları uğrunda bölgədə birlikdə hərəkət etdiyi YPG/PYD ünsürləri məsələsində Türkiyə ilə siyasi qarşıdurma baş verməsinə toxunan Amerikalı müxbir, yerli qüvvələrin, yəni terrorçuların gücləndirilərək mümkün təhlükələrə qarşı bölgədə saxlanılmasını dəstəklədiyini bildirərkən, bütün bunların fonunda ABŞ-ın Türkiyə üçün etibarlı bir tərəfdaşlıqdan uzaqlaşdığını bildirib.
Müxalifət.az