ABŞ SƏUDİYYƏNİ «DOSTLAR» SIRASINDAN ÇIXARIR? – Senat uyğun qanun layihəsinə baxacaq

Baxış sayı:
11677

Amerika Birləşmiş Ştatları (ABŞ) senatına Səudiyyə Krallığına yönəlik müəyyən məhdudiyyətləri nəzərdə tutan qanun layihəsi təqdim olunub.Sənədin mətni ABŞ parlamentinin yuxarı palatasının rəsmi saytnda dərc olunub.

«Səudiyyə Ərəbistanının davranışı dəyişməlidir. Mənim partiyalararası qanun layihəm bizim ölkələr arasındakı gərginliyə aiddir və onların (Səudiyyə Ərəbistanının – Red.) öz davranışını dəyişməsini hədəfə alıb» – deyə, layihənin təşəbbüskarlarından olan Ceyms Riş özünün «Tvitter»ində yazıb.

Sənədin müəllifləri dövətlərarası münasibətlərə yenidən baxmağı tələb edirlər. Buna səbəb kimi isə krallıqda insan hüquqlarına əməl olunmaması və səudiyyəlilərin Yəməndəki fəaliyyəti önə çəkilir. Mətndə göstərilir ki, Səudiyyə Ərəbistanı məmurlarına viza verilməsi dayandırılmalı, bu ölkənin vətəndaşlarına ABŞ-da mülkiyyət hüququnun verilməsi məhdudlaşdırılmalı, həm də avialisenziyalara yenidən baxılmalıdır.

İyunun 21-də xəbər verilmişdi ki, ABŞ Senatı prezident Donald Trampa Səudiyyə Ərəbistanına silah satmağı qadağan etməyə səs verib. Ancaq ABŞ lideri bu qərara veto qoymaq hüququna malikdir və bu hüquqdan istifadə etməyə hazırlaşır.

Camal QaşıqçınınABŞ və Səudiyyə Ərəbistanı qarşılıqlı münasibətlərin uzun tarixçəsinə malikdir. Uzun illər bölgəsəl təhlükəsizlik, neft ixracı və idxalı, iştisadiyyat sahəsində sıx əməkdaşlıq ediblər. Səudiyyə Krallığı həm də ABŞ-ın hərbi, diplomatik və maliyyə sektorlarında mühüm müttəfiqi olub. Bu ölkələr arasında münasibətlər keyfiyyət baxımından, 2018-ci ildə səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra dəyişməyə başlayıb.

Yəmən münaqişəsi isə 2014-cü ildən fəal fazada davam edir. Üsyançı-husiləri, ehtimala görə, İran və «Hizbullah» dəstəkləyir. Onara qarşı Yəmən ordusu və Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri koalisiyası vuruşur. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qüvvələri isə bu münaqişədə husilərə qarşı 2015-ci ildən iştirak edir.