ABŞ Səudiyyə şahzadəsinə 72 saat vaxt verib

Baxış sayı:
8026

ABŞ-da nəşr edilən “Axios” internet saytının dövlət katibi Pompeo ilə Səudiyyənin vəliəhd şahzadəsi arasında baş tutan görüş haqqında məlumatı olan bir səlahiyyətliyə əsaslandırdığı xəbərinə görə, görüşdə Pompeo, şahzadə bin Salmanı Qaşıqçı hadisəsində həqiqətlərin ortaya çıxarılmadığı təqdirdə ölkənin beynəlxalq nüfuzunun zədələnəcəyi xəbərdarlığını edərək, bu məsələdə araşdırmanın 72 saat (3 gün) ərzində başa çatdırılmasını istəyib.
 
Səlahiyyətli, Pompeonun artan beynəlxalq təzyiqlər qarşısında "zaman məhdudiyyətini” xüsusilə qeyd etdiyini deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, ABŞ-ın dövlət katibi Mayk Pompeonu, hadisənin üzərindən təxminən 2 həftə keçməsindən sonra Səudiyyə Ərəbistanına göndərmişdi.
Pompeo, Ər-Riyadda keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra Ankaraya gedərək prezidenti Rəcəb Tayyib Ərdoğan və XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşmüşdü.
Müxalifət.az