ABŞ Sudandakı etiraz aksiyalarına da burnunu soxdu

Baxış sayı:
13588

ABŞ hökuməti Sudanın paytaxt Hartumdaki Müdafiə Nazirliyini də əhatə edən ordu kompleksi ətrafında dövlət başçısı Ömər Əl Bəşirin istefasını istəyən minlərlə etirazçıya güc tətbiqinə qarşı xəbərdarlıq edərək nümayişçilərin yanında olduğunu açıqlayıb.
 
Sudanda dövlət başçısı Ömər Əl Bəşirin istefasını istəyən minlərlə nümayişçi etiraz aksiyalarını davam etdirir. ABŞ xarici işlər nazirinin Afrika üzrə müavini Tibor Nagy Sudan hökumətinin zorakılığa əl atması halında ABŞ ilə Sudan arasında ikitərəfli münasibətlərin ziyan görəcəyini bildirərək, "Sudan hökumətini etirazçılara qarşı hər cür güc tətbiqindən imtina etməyə çağırırıq" - deyib.
Digər tərəfdən, Sudanın müdafiə naziri olan Awad bin Auf ordunun Sudanın təhlükəsizliyi ilə bağlı heç bir güzəştə getməyəcəklərini, ölkədə birlik və bərabərliyin xaosa sürüklənməsinə yol verməyəcəyini açıqlayıb.
Müxalifət.az