ABŞ-ın “Şərqi Fərat” təzyiqinə qarşı Türkiyə necə cavab verə bilər?

Baxış sayı:
5266

Mehmet Acet – Yeni Şafak
 
Dünən Konyada çıxış edən Ərdoğan, "Fəratın şərqində əməliyyata başlayacağımızı elan etdik. Cənab Tramp ilə bunları müzakirə etdik. O bu məsələyə müsbət yanaşdı. 500 kilometrlik sərhəd xətti boyu ABŞ əsgərlərinə zərər verməyəcək şəkildə Suriyadakı əməliyyatlara hər an başlaya bilərik. Ordumuz və planlarımız hazırdır. Bir gecə yenə qəflətən gələ bilərik" deyib.
 
Bu nöqtədə iki sual qarşımıza çıxır:
1-Erdoğan ötən həftə baş tutan telefon danışığında Trampdan nə istədi?
2-Tramp Ərdoğanın istəklərinə nə cür "müsbət cavab” verə bilər.
Bu baxımdan yenə bir neçə ehtimal önə çıxır. Telefon danışığı Trampın tələbilə baş tutduğuna görə, onun Ərdoğana "Əməliyyat keçirməkdən əl çəkin" demək üçün zəng etdiyi qətidir.
Buna cavab olaraq Ərdoğanın qətiyyətli mövqeyini təkrarlayıb, sərhədə yaxın bölgələrdəki YPG ünsürlərini uzaqlaşdırmaları, hərəkat sahəsinə girən nöqtələrdəki ABŞ əsgərlərinin bu sahələrdən çıxarılması kimi tələblərdə olduğunu düşünə bilərik.
Ərdoğanın "Müsbət yanaşdı" cümləsinin konteksti buralara bir yerlərə otura bilər.
Əl barmaqlarının sayı qədər Peşmərgənin Suriyaya gətirilməsini də bu telefon danışığından sonra ABŞ tərəfinin bir şeylər edərək, yaxınlaşmaqda olan əməliyyatı dayandırmaq niyyəti ilə əlaqələndirə bilərik.
Trampın özünə qalsa, əsgərləri Suriyada boş havayı işlərlə məşğul etməz.
Onun verdiyi bütün qərarları həyata keçirəcək gücü olsa, Suriyada bir dənə Amerika əsgəri də saxlamağa razı deyil.
Amma artıq yaxşıca aydın olan bir şey var:
Fəratın şərqindəki layihə Pentaqon və buraya bağlı CENTCOM ağlı ilə aparılır.
Türkiyənin əməliyyat üçün qətiyyət mesajları verməyə başladığı andan etibarən gələn təpkilərə nəzər saldıqda əsl narahatlıq hissinin yenə eyni dairələrdə olduğu görülür.
Prezident Ərdoğan "Bir neçə gün ərzində əməliyyata başlayacağıq" - dedikdən dərhal sonra Pentaqondan gələn ilk təpki, "Qəbul edilə bilməz” səviyyəsində olmuşdu.
Pentaqon sözçüsü, srağagün yeni açıqlama verdi.
Ona verilən "Türkiyə hərbi güc istifadə etməkdə qərarlı görünür. Belə olarsa, siz də hərbi güc istifadə edəcəksinizmi "suala, “Əmin deyiləm, sizə geri dönüş edirəm” sözləri ilə cavab verib.
Bu nə deməkdir?
Yoxsa əsas göstərərək “ehtimal bir hərəkat başladığı təqdirdə Türkiyəyə müharibə elan edərik” demək istəyir?
Yoxsa, əlinin zəif tərəfini biruzə verməmək üçün sualdan canını qurtarmaq istəyir?
Mənə qalsa, bütün bunları Türkiyənin hərəkətə keçməsinin qarşısını almaq məqsədi daşıyan "lazım olan bütün alətləri" istifadə etmə strategiyasının tərkib hissələri kimi görmək daha ağlabatan olur.
Türkiyə Fəratın şərqi üçün bu günə qədər əsaslı bir əməliyyat etmədiyi üçün, belə bir vəziyyətdə ABŞ-ın necə reaksiya verəcəyi, nələr ola biləcəyi hələ test edilmiş deyil.
Amma daha əvvəlki əməliyyatlardan müəyyən təcrübələrimiz var.
ABŞ “Fərat Qalxanı” əməliyyatı aparılmadan əvvəl də Türkiyənin Suriya torpaqlarına ayaq basmasını əngəlləmək üçün bu gün yönəltdiyi təzyiq siyasətinin bir bənzərini işə salmışdı.
2016-nın avqustunda o hərəkat başladıqdan sonra bu dəfə "20 kilometrdən daha aşağı enməyin" deyə təzyiq etmişdi.
Türkiyə istədiyini etdi və günün sonunda o təzyiqlər də bir işə yaramadı.
Bu nümunələr bu gün üçün də bir idaya vermirmi?
Hazırladı: Müxalifət.az