ABŞ “Şərqi Fərat” əməliyyatını dayandıra bilərmi?

Baxış sayı:
8062

Mehmet Acet – Yeni Şafak
 
Ankarada aidiyyatı mənbələrə üz tutub, Fəratın şərqinə keçirilməsi gözlənilən əməliyyatın çərçivəsini, məqsədlərini, niyyətlərini anlamağa çalışıram.
 
Suallar verərək verilən "qətiyyət mesajlarının" altının necə doldurulacağını, arxasının necə yerinə yetiriləcəyini öyrənməyə çalışıram.
Bir təhlükəsizlik rəsmisi Fəratın şərqi ilə bağlı mövcud vəziyyətin ciddiliyini, "Qəndildə 40 ildir ki, Türkiyəni məşğul edən təhdidin eynisi, Suriyada bir başqa 40 il ərzində qarşımıza çıxa bilər" sözləri ilə dilə gətirir.
Prezident Ərdoğan bir neçə gün əvvəl ABŞ-ın Münbiçdəki yeni baş qatma fəndləri ilə bağlı "Kəndirbaza bax, oyunu oynayırlar" - demişdi.
Ağlımıza belə bir sual gəlib:
Görəsən Ankaranın yaxın perspektivdə əsas məqsədi Münbiçi azad etməkdən ibarətdirmi?
Həmsöhbətim suala birmənalı şəkildə "Yox" cavabını verir.
Yəni Münbiçdə nə olursa olsun, Fəratın şərqi ilə bağlı əməliyyat niyyətindən vazgeçilməyəcək.
İçindən keçməkdə olduğumuz bu günlərdə Fəratın şərqində ABŞ-ın müdafiə çətiri altında özlərini günəşli günlərin gözlədiyini düşünən YPG-lilər üçün atəş bacanı bürümüş görünür.
Əsasən PYD-lilərdən yaranan SDG-nin siyasi qolu Suriya Demokratik Məclisinin həmsədri Riyad Dirarın sözlərindən bunu anlamaq mümkündür: "Türkiyənin mümkün əməliyyatına qarşı ABŞ bizə təminat vermir. Əsgərlərimiz böyük bir hücuma qarşı dayana bilməyəcək. Əsəd rejiminin müdaxilə edib, sərhədlərini qoruması lazımdır".
Bir-iki cümlə daxilində birdən çox ünvana göndərilən "SOS" mesajı var.
 
ABŞ ƏNƏNƏVİ MÖVQEYİNİ DƏYİŞDİRƏ BİLƏRMİ?
 
Riyad Dirar doğru deyir.
Dominant bir hava və quru gücünə malik olan TSQ qarşısında YPG-nin ayaqda qalma şansının olmadığı Afrin təcrübəsiylə özünü təsdiqlədi.
Hansı ki, coğrafi baxımından bu bölgələr Afrinə nisbətən daha "əməliyyata açıq" yerlərdir.
Qarşımızdakı əsas sual, ABŞ-ın Türkiyənin mümkün hərəkatına qarşı necə münasibət göstərəcəyi sualıdır.
Açıq kanallardan bildiklərimiz üzərindən gedək.
ABŞ Türkiyənin bu bölgələrə bircə dəfə belə atəş etməsini istəmir.
Daha əvvəl “Fərat Qalxanı” və Afrin əməliyyatlarına qarşı göstərdiyi həssaslıqdan daha azını öz əlləri ilə inşa etməkdə olduğu bir layihəyə yönələn risklərə qarşı alacağını düşünmək yanlış dəyərləndirmələrə apara bilər.
Bu səbəbdən “ABŞ Türkiyənin əməliyyatına razılıq verərmi” formasında bir sual boş sözlə məşğul olmaqdan uzağa getməz.
Doğru sualı bu şəkildə formula etmək olar:
Türkiyənin təzyiqi qarşısında ABŞ nə qədər geri addım ata bilər?
Ya da ABŞ rəhbərliyi birini əyləndirib, digərinə "yeri" dediyi iki müttəfiqi arasında yeni bir tarazlıq qurmağa razı olarmı?
Yazının əvvəlində fikirlərini dediyim təhlükəsizlik nümayəndəsinə görə, bu an bir növ "Bilək burma" yarışı keçirilir.
Yenə eyni qaynağın dediyinə görə, ABŞ hər zaman olduğu kimi, burada da "pragmatik" bir mövqe alsa, Türkiyənin təzyiqi nəticə verə bilər.
 
ABŞ YPG İÇİNDƏKİ ƏSGƏRLƏRİNİ TƏHLÜKƏSİZ BÖLGƏLƏRƏ ÇƏKƏ BİLƏRMİ?
 
“Gün səhər” qəzetinin dünənki manşet xəbərinə görə, prezident Ərdoğan, "Fəratın şərqi üçün əməliyyata başlayırıq" açıqlamasından dərhal sonra ona zəng edən ABŞ prezidenti Trampa "Əsgərlərinizin olduğu yerlərin koordinatlarını bir-bir bilirik. Terror təşkilatı YPG-nin içində əsgərləriniz varsa, çəkin" mesajını verib.
Ehtimal edilən bir əməliyyatda səhvən də olsa bir ABŞ əsgərinin zərər görməsinə fəlakət ssenarisi gözü ilə baxa bilərik.
Amma eyni vəziyyət ABŞ üçün də keçərlidir.
Belə bir ehtimalın yaralayıcı təsiri iki tərəfli olacaqdır.
Bu halda Vaşinqtonun Türkiyə hərəkətə keçmədən əvvəl bütün təzyiq aparatlarını işə salacağını, amma Ankaranın imtina etmədiyi təqdirdə bağlı koordinatlardan əsgərlərini təhlükəsiz bölgələrə keçirəcəyini düşünmək daha ağlabatan görünür.
Vaşinqtonun nəbzini yaxşı tutan jurnalist Sərdar Turqut, Trampın Ərdoğanla telefon danışığından sonra Ağ Ev adından sərt bəyanat verilməsinə qərar verildiyini, lakin Rusiyanın Türkiyə ilə ABŞ arasındakı əlaqələri daha da pozmaq niyyətinin fərqində olan dairələrin bunu əngəllədiyini yazıb.
Sərdar Turqutun sözünü etdiyi sərt açıqlama təxirə salındığına görə, hansı üsulun dövriyyəyə buraxıldığını, yəni bu aralar pərdə arxasında nələr baş verdiyini anlamaq bir az daha asanlaşır.
Nədir bu?
Bu günə qədər olduğu kimi, təzyiqlə, bəlkə də təhdidlə, Türkiyənin hərəkətə keçməsini dayandırmağa çalışmaqdır.
Müxalifət.az