ABŞ sərnişin təyyarələrini gözləyən təhlükə ilə bağlı xəbərdarlıq etdi

Baxış sayı:
9535

ABŞ-da Federal Aviasiya Administrasiyası (FAA) İranla təhlükəsizlik risklərinə yönəlik hərbi və siyasi gərginliklər səbəbiylə Fars körfəzi və Əmman Körfəzi üzərində uçan hava yolu şirkətlərini xəbərdar edib.
 
FAA ABŞ-ın Küveyt və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirlikləri vasitəsi ilə Fars Körfəzi və Əmman Körfəzi üzərindən uçan təyyarələrdə artan hərbi əməliyyatlar və bölgədəki siyasi gərginlik səbəbiylə "yanlış təsbit riski" ilə qarşılaşdıqlarını söyləyib.
Xəbərdarlıqda, təyyarənin əvvəlcədən xəbərdarlıq etmədən müşahidə sistemlərinə xaricdən müdaxilənin və ya əlaqələrinin kəsilməsinin mümkün olacağını qeyd edib.
Müxalifət.az