ABŞ-ın “Əsrin Müqaviləsi” sülh planının detalları məlum oldu

Baxış sayı:
21346

ABŞ prezidenti Trampın İsrail-Fələstin probleminə həll olaraq irəli sürdüyü və ictimaiyyətdə "əsrin müqaviləsi" kimi tanınan sülh planının işğal altındakı Qərbi Şeria-nın 85-90 faizini əhatə edəcək bir Fələstin Dövlətinin qurulmasını və Qərbi Şeriada İsrailin parçası olacaq torpaqlar üçün Fələstin-İsrail arasında bir torpaq mübadiləsinin nəzərdə tutulduğu qeyd olunub. Torpaq mübadilələrinin isə nə qədər böyük olacağı hələ məlum deyil. ABŞ prezidenti Donald Trampın "əsrin müqaviləsi" - deyə səciyyələndirdiyi İsrail-Fələstin probleminin həllinə dair sülh planının Qüdsün bölünməsini, müqəddəs bölgələrin suverenliyinin İsrailə buraxılmasını və işğal altındakı Qərbi Şeria-nın 85-90 faizini əhatə edəcək bir Fələstin Dövlətinin qurulmasını ehtiva etdiyi irəli sürülüb. İsrail mərkəzli “Kanal 13” televiziyasının Vaşinqtonda ABŞ-ın yüksək səviyyəli rəhbərliyinin sülh müqaviləsinə dair verdiyi brifinqdə iştirak edən qaynağa əsaslandırdığı xəbərində, “ABŞ-ın planı işğal altındakı Qərbi Şeria-nın 85-90 faizini əhatə edəcək bir Fələstin Dövlətinin qurulmasını və Qərbi Şeria-dan İsrailin parçası olacaq torpaqlar üçün Fələstin-İsrail arasında ərazi mübadiləsini nəzərdə tutduğu qeyd olunub. Torpaq mübadilələrinin isə nə qədər böyük olacağı hələ məlum deyil” deyə qeyd olunub. Qüds Fələstin-İsrail arasında bölünəcək Xəbərdə yer alan brifinq qeydlərinə görə, Qüds iki tərəfin ortaq paytaxtı olaraq qalacaq. İsrailin paytaxtı Qərb Qüds və Şərq Qüdsün bir hissəsini əhatə edərkən, Fələstinin paytaxtı isə Şərqi Qüdsün bir hissəsində yer alacaq, lakin Müsəlmanların müqəddəs torpağı Məscid-i Aksa-nı əhatə etməyəcək. Üç səmavi din üçün müqəddəs yerləri özündə saxlayan Şərq Qüdsün "Köhnə Şəhər" zonası və Məscid-i Aksa-nın İsrailin suverenliyi altında qalmasını nəzərdə tutan sülh planında, Qüdsdəki status-kvonun davam etdiriləcəyi, Fələstinlilərə, İordaniyalılar və bəlkə bəzi digər ölkələrə müqəddəs yerlərin idarə edilməsində rol verilə biləcəyi qeyd olunub. Xəbərdə, Ağ Evin Fələstinlilərin planı heç düşünmədən rədd edəcəyini gözlədiyi, ancaq İsraildən müsbət cavab alacaqlarını düşündükləri ifadə edilib. Qeyd edək ki, 2018-in sentyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Məclisində İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşən Donald Tramp, kürəkəni və baş müşaviri Jared Kuşnerin rəhbərliyi altında hazırlanan sülh planını 4 ay ərzində açıqlayacağını bildirmiş, lakin ABŞ-ın İsraildəki səfiri Devid Fridman ötən günlərdə verdiyi açıqlamada planın bir neçə ay təxirə salındığını bildirmişdi. Müxalifət.az