ABŞ sözçüsünün həddini aşan açıqlamasına Türk Səfirliyidən cavab verildi

Baxış sayı:
9100

Türkiyənin ABŞ-dakı səfirliyi ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus-un ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun işçisi Mətin Topuzun casusluq ittihamı ilə Türkiyə məhkəməsində mühakimə olunması ilə əlaqədar paylaşmasına təpki göstərib.
 
Türkiyə Səfirliyi açıqlamasında, "Türkiyə qanunun aliliyi ilə idarə olunan demokratik bir ölkədir. Hər kəs müstəqil məhkəmənin qərarlarına hörmət göstərməlidir. Məhkəmə prosesinə təsir etməyə yönəlik cəhdlər prosesə yardım etmir" deyilib.
 
ORTAGUS NƏ DEMİŞDİ?
 
ABŞ XİN sözçüsü Ortagus dünən Twitter hesabından etdiyi açıqlamada, "Türkiyədə dünən keçirilən məhkəmədə xəyal qırıqlığı oldu. Biz yanlış bir hadisə ilə bağlı heç mötəbər dəlil görmədik, lakin ABŞ-ın İstanbul Baş Konsulluğunun işçisi Mətin Topuz həbsdə qalmağa davam edəcək. Bir daha Türk səlahiyyətliləri bu məsələni tez, şəffaf və ədalətli həll etməyə təşviq edirik" deyə bildirmişdi.
Müxalifət.az