ABŞ son “kozır”ını da oynadı! Türkiyə vaz keçmədi

Baxış sayı:
5806

Türkiyəni S-400 hava müdafiə sistemindən imtina etdirmək istəyən ABŞ son “kozır”ını da oynadı. Uzun illərdir Türkiyənin istəməsinə baxmayaraq “Patriot” raket sistemlərini satmayan ABŞ verdiyi yeni bir qərarla satışa razılıq verib.
 
ABŞ-ın b qərarından sonra ictimaiyyətdə ən çox maraq edilən məsələ isə Türkiyənin Rusiyadan alacağı S-400 hava müdafiə sistemlərindən vaz keçib keçməyəcəyi ilə bağlı oldu.
 
S-400-lərdə BİR DƏYİŞİKLİK YOXDUR
 
ABŞ-ın açıqladığı “Patriot” qərarı hələ Türkiyənin ABŞ-dan bu raket sistemini alacağı anlamına gəlmir. Türkiyə və Rusiya arasında S-400-lər üçün imzalanan müqavilə olduğu kimi işləyir. Bir ləngimə vəziyyəti də yoxdur. Prezident Ərdoğanın da daha əvvəl dediyi kimi, “anlaşma bitib, dəftər bağlanıb.
Digər tərəfdən, Müdafiə Sənayesi mütəxəssisləri iki sistemin bir-birindən fərqli xüsusiyyətləri olduğunu və Türkiyənin həm S-400, həm də “Patriot” sistemlərinə eyni anda sahib olmasının daha faydalı olacağı fikirindədir.
Müxalifət.az