ABŞ son 50 gündə Suriyanın şimalına 300 maşın silah göndərib - İDDİA

Baxış sayı:
2343

ABŞ Ordusu cari ilin əvvəlindən indiyə qədər Suriyanın şimal-şərqinə 300 yük maşınından ibarət silah yükü göndərib.
 
“RT.Arabic” xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Sülh Mərkəzi bəyanat verib.
 
Bildirilib ki, cari ayın əvvəlindən indiyədək ABŞ Ordusu Suriyanın şimal-şərqinə 13 hərbi karvanla, silah daşıyan 300 yük maşını göndərib.
 
Məlumatda əlavə edilib ki, bu silahlar, Türkiyə Ordusuna, onun dəstəklədiyi birləşmələrə və eləcə də yerli mülki sakinlərə qarşı işlədilib.
 
Mənbə bildirib ki, müxtəlif silah sursat daşıyan 300 yük maşınından əlavə, burada 80 zirehli hərbi maşın olub./ Salamnews