​ABŞ Somalidə terrorçuları bombaladı

ABŞ və rəhbərlik etdiyi koalisiya qüvvələri Somalidə terrorçulara qarşı əməliyyat keçirib.
Muxalifet.az xəbər verir ki, bu barəəd koalisiyadakı mənbələrdən məlumat verilib. Verilən məlumata görə, əməliyyat Puntland bölgəsində keçirilib. Əməliyyat əsasən İŞİD və “Əş-Şabab” ("Gənc mücahidlər hərəkatı") radikal qruplaşmasının məhvi üçün təşkil edilib.
Əvvəlcədən əldə edilən məlumatlara əsasən, terrorçuların gizlənə biləcəyi məntəqəlrə müəyyən edilib. Həmin ərazilərə 6 raket zərbəsi vurulub.
Qeyd edək ki, Somali ərazisində beynəlxalq "Əl-Qaidə" terror təşkilatı ilə sıx əlaqələri olan "Əş-Şabab" ("Gənc mücahidlər hərəkatı") radikal qruplaşması fəaliyyət göstərir. ABŞ 2008-ci ildə bu təşkilatı terrorçular siyahısına daxil edib.